Bu gün:

Dünyanın ən məşhur 5 nəzəri qanunu!


1. Mörfi qanunu


Mörfi qanununa görə, bir şeyin baş verməsindən nə qədər çox qorxsanız, onun baş vermə ehtimalı bir o qədər çox olar. Mörfi qanunu əsasən aşağıdakı deyimə əsaslanır: “Əgər bir işi görmək üçün birdən çox imkan varsa və bu imkanlardan biri arzuolunmaz nəticələrə və ya fəlakətə səbəb olacaqsa, bu ehtimal mütləq baş verəcək”.


2. Kidlin qanunu


Kidlin qanununa görə, bir məsələni aydın və yığcam şəkildə bir yerə yazsanız, problemin yarısı həll olunacaq.


3. Gilbert qanunu 


Gilbert qanununa  əsasən, bir işə girdiyiniz zaman istədiyiniz nəticələrin əldə etmək üçün ən yaxşı yolları tapmaq həmişə sizin məsuliyyətinizdir.


4. Vilson qanunu


Vilson qanununa görə, "Əgər həmişə bilik və zəkaya üstünlük versəniz, pul gəlməyə davam edəcək". 


5. Folkand qanunu


Folkand qanununa görə, "Əgər bir şeyə qərar vermək məcburiyyətində deyilsənsə, qərar vermə".


Mənbə: Habertürk.com

Tərcümə etdi: Sevil Azər 

Paylaş
Şərh əlavə et