Bu gün:

Kimlər botoks tətbiq edə bilməz?


Botoks sinir uclarında ötürülməni təmin edən maddələrin sərbəst buraxılmasının qarşısını alır. Bu, sinirlər və əzələlər və ya onlar tərəfindən stimullaşdırılan tər vəziləri arasında elektrik keçiriciliyini müvəqqəti dayandıraraq işləyir. Botoksyalnız vurulduğu sahədə təsirini göstərir. Bütün əzələlərə sistemli təsir göstərmir.

Botoks nə üçün istifadə olunur?

Botoks ən çox üz qırışlarını aradan qaldırmaq və qoltuqaltı tərləməni müalicə etmək üçün istifadə olunur. Həm müalicəvi, həm də qoruyucu xüsusiyyətlərə malikdir. İllər ərzində üzə yerləşmiş cizgiləri, eləcə də üzə hələ yerləşməmiş, lakin təkrarlanan əzələ hərəkətləri ilə aydınlaşan cizgiləri dərinləşmədən tamamilə aradan qaldırmağa imkan verir. Həm də tər vəziləri üzərində bloklayıcı təsiri ilə həddindən artıq tərləməni bitirir. İllər keçdikcə mimika əzələlərinin işi ilə əlaqədar olaraq üzdə örtücü dəri qıvrımları aydınlaşır və üzdə dinamik xəttlər əmələ gəlir. Bunlar ən çox alında, qaşların arasında, göz ətrafında və dodaqlarda müşahidə olunur. Üz əzələlərinə botoks vurularaq bu əzələlərin işi zəiflədikdə əzələ hərəkətləri ilə dərinin bükülməsi və bükülmə nəticəsində yaranan xəttlər də azalır. Alnında və göz ətrafında insana daha yaşlı görünüş verən cizgilər; Qəzəbli və qaşqabaqlı görünüş verən qaşlar arasındakı xəttlər azaldılır. Botoks istifadə edərək, tər vəziləri ilə sinir ucları arasında ötürülmə dayandırıla və tər vəzilərinin fəaliyyəti azaldıla bilər. Həddindən artıq tərləmə.Xüsusilə, sosial və iş həyatında bəzi insanlarda bir çox problemlər yaradan qoltuqaltı nahiyəyə botoks tətbiq edildikdə bu insanların şikayətləri yaxşılaşır. 

Botoksun təsiri tətbiq edildikdən dərhal sonramı başlayır?

Botoksun təsiri 48-72 saatdan sonra başlayır. Maksimum təsirini 10-14 gün ərzində göstərir. 

Botoksun təsiri nə qədər davam edir?

İlk dəfə üzdəki qırışlara tətbiq olunduqda təsir orta hesabla 4,5-6 ay davam edir.Təkrar müraciətlərlə bu müddət zamanla 8-10 aya qədər uzanır. İlk dəfə qoltuqaltına tətbiq edildikdə, təxminən 10-12 ay tərləməni tənzimləyir. Təkrar müraciətlərlə bu müddət 16-18 aya qədər uzanır.Mütəmadi olaraq 5-6 dəfə botoks tətbiq edən insanlar tətbiqi eyni ardıcıllıqla davam etdirdiklərində qırışlar yaradan mimik əzələlərdə əhəmiyyətli dərəcədə zəifləmə yaranır və zaman keçdikcə təsir müddəti uzanır.

Kimlər botoks tətbiq edə bilməz?

Botoks sinir-əzələ sistemi xəstəlikləri (Eaton-Lambert sindromu, myasteniagravis kimi), hamilə qadınlar və süd verən qadınlara tətbiq edilməməlidir. Botoks tətbiqindən sonra iynə vurulan yerlərdə qısa müddətli qızartı və şişkinlik ola bilər. Bunlar qısa müddətdə (24-48 saat) həll olunur. Bəzən müvəqqəti şişlik və göyərmə baş verə bilər.

Mənbə: Medicalpark

Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et