Bu gün:

Dilimizdə heç bir mənası olmayan 9 Koreya sözü


Təbii ki, hər dilin öz lüğəti var. Koreya dili söz baxımından zəngin olan bir dil qrupuna daxildir. Danışarkən hisslərinizi belə müəyyən sözlərlə deyə  biləcəyiniz ifadələr də mövcuddur.

Bəzən sözlə ifadə etməkdə çətinlik çəkdiyimiz hisslərimizi öz dillərində ifadə edən ölkələr də var. Bu gün hisslərinizi tərcümə edəcək 10 mənalı Koreya sözünü tərtib etdik.

1. Dapjeongneo 답정너

Bəzən qarşı tərəfə həqiqəti deyil, eşitmək istədiklərini söyləyirik... Məsələn, saç düzümünü bəyənməsək də, “mən çirkinəm?” deyə soruşurlar. “Yox, təbii ki, yox, gülünc olma” deyə biz deyirik. Bu vəziyyət "Dapjeongneo" kimi təsvir edilir.

2. Sareureuk 사르륵

Onun mənası çox gözəldir. Səhərin ilk işığı vuran kimi və ya havanın temperaturu yüksəldikcə qar dənəciklərinin əriməsi onların əriyərkən çıxardıqları səsi təsvir edir.

3. Dabdabhae 답답해

Bütün boğazımızda ağrıya səbəb olan o hissə ad qoydular. Bu söz məyusluqdan yaranan boğulma hissini və istədiyin kimi sərbəst danışa və ya hərəkət edə bilməməyi ifadə edir. Əslində, hətta fiziki olaraq hiss etdiyimiz bu hissi təsvir etmək üçün yaradılmışdır.

4. Ajumma 아줌마

Bu əslində bir çağırış formasıdır. Koreyada orta yaşlı və evli qadınlara “Ajumma” deyirlər.

5. Aswium 아쉬움

Bu, hamımızın tez-tez keçirdiyi hisslərə tam uyğun olan bir sözdür. İstədiyimiz və ya xəyal etdiyimiz şeyləri əldə edə bilməsək, qəzəb, kədər, təəssüf, məyusluq və narazılıq kimi bütün mənfi duyğuları eyni anda hiss etdiyimiz vəziyyəti təsvir edir.

6. Yeoubi 여우비

Qəlbimizi isidən daha bir yeni söz. Bu söz günəşli bir gündə yağan zərif yağışı təsvir edir.

7. Danpung 단풍

Həyatı romantikləşdirdiyimiz o dövr... Payızla birlikdə ağac yarpaqlarının yaşıldan narıncıya çevrildiyi vəziyyəti təsvir edir.

8. Nunchi 눈치

Bu, empatiya kimidir, amma deyil. Başqalarını dinləmək və əhvalını ölçmək qabiliyyətinə “nunçi” deyilir. Sizdə var?

9. Hyo 효

Hər biriniz bilirsiniz ki, koreyalılar öz ailələrinə və mədəniyyətlərinə necə rəğbət bəsləyirlər. Bu söz, uşaqların valideynlərinə qarşı hiss etdikləri məsuliyyət hissi ilə böyüdükdə valideynlərinə göstərdikləri zəhmətin əvəzini vermələri vəziyyəti təsvir edir.

Mənbə: onedio.com 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et