Bu gün:

Riyazi bacarıqlar intellekt səviyyəsini ölçmək üçün meyardırmı?


Hazırkı dövrdə 8 zəka növü mövcuddur. Fərdlər ən azı birinə sahib olmaq şərti ilə birdən çox zəka növünə sahib ola bilərlər.

Riyaziyyatda bir bacarığın olması bir insanın "Riyazi, məntiqi intellekt" tipinə malik olması anlamına gələ bilər. Bu fərdlər hesablamalar, induktiv və deduktiv təfəkkür, bölgü, inteqrasiya və nəticəyə gəlmək kimi mövzularda çox praktiki və fərqli düşünmək və bu mövzuları asanlıqla öyrənmək qabiliyyətinə malikdirlər. Bununla belə, bu da ümumiləşdirmədir. 

Başqa sözlə, bir insanın “Riyazi/Məntiqi İntellektə” malik olması onun mütləq riyaziyyatla məşğul olacağı və ya istedadlı olacağı anlamına gəlmir. Fərd yalnız həndəsə və ya induksiya sahəsində bacarıqlı ola bilər. Və ya o, riyazi cəhətdən ağıllı ola bilər, ancaq riyaziyyatda istedadı yoxdur.


Halbuki bu şəxsləri “Ağıllı” adlandırmaq, digər zəka növlərini nəzərə almamaq deməkdir. Üstəlik, heç bir zəka növü bir-biri ilə yuxarıdan aşağıya münasibətdə deyil. 

İntellekt istedaddır. Və yüksək irsi xarakter daşıyır. Bacarıqlar tez-tez maraqlara təsir göstərir. Ancaq bəzən fərdlər ailə və sosial təzyiqlər səbəbindən bu qabiliyyətlərini boğur və ya öz qabiliyyətlərindən kənar hərəkətlər edə bilirlər.

Ona görə də uşaqlara təhsil verərkən hər bir uşağa onun qabiliyyətinə uyğun təhsil vermək düzgün olardı.

Məntiqi intellekt tipinə malik fərd dil öyrənməkdə geridə qalacaq. Şifahi bir insan üçün bu uşaq oyunudur. Buna görə də heç bir zəka növü bir-birindən aşağı və ya üstün deyil.  

Fərd isə malik olmadığı bir istedad növündə maksimum səmərəliliyi təmin edə bilməz. Sadəcə olaraq sadə səviyyədə qalır.

Üstəlik, zəka tipinin olması kifayət deyil. Yalnız ağıl insanı uğura aparmayacaq. Bunu reallaşdıran sadəcə qətiyyət və zəhmətdir. Bu baxımdan istedad insanı nə üzərində işləməli olduğunu söyləyir. 

Mənbə: Evrim Ağacı

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et