Bu gün:

Əhvalımızı yaxşılaşdıran çiçəklər


Hamımız bilirik ki, stress insanı zəiflədir və onu enerjisiz qoyur, ancaq bu bitkilərin evdə olmasının stressi azaldığı bildirilir.

Lavanda

Gözəl qoxusu və bənövşəyi rəngi ilə tanınır. Bu otun evdə olması əhval-ruhiyyəni yaxşılaşdırmağa və daha asan yuxuya getməyə kömək edir. Xüsusilə lavanda qoxusu insanların gecələr yuxusuz qalmasına səbəb olan stressi azaltmağa kömək edəcək sakitləşdirici xüsusiyyətlərə malikdir.


“Paşa Qılınc”
Evlərimiz və ya getdiyimiz küçələr əhvalımıza, yuxumuza və enerjimizə mənfi təsir edən maddələrlə doludur.  Bu zaman paşa qılıncı bitkisi kömək edə bilər. Çünki bu bitkinin ətraf mühitdəki zərərli maddələri məhv etdiyi, oksigeni yaydığı məlumdur. Bu xüsusiyyət gecə yaxşı yuxunu təmin edir. Üstəlik, onun saxlanması çox vaxt və səy tələb etmir.


Hedera Helix (Parçamaşıq)
Bu bitkinin ən yaxşı xüsusiyyəti hava ilə yoluxan xəstəlikləri uzaq tutması və beləliklə də allergiyaya hallarının qarşısını almasıdır. Baş ağrılarını azaldıb stressi aradan qaldıraraq yuxuya getməyi asanlaşdırdığını da deyə bilərik.


Nanə
Bəzən təbii bir qoxu əhvalınızı təsəvvür etdiyinizdən də çox yaxşılaşdıra bilər.Bu, mentol ehtiva edən və stress səviyyələrini azalda və enerji verə bilən nanəyə də aiddir. Bu bitkini evdə və ya işdə saxlaya bilərsiniz.Çünki heç kim qoxudan şikayət etməyəcək.


Reyhan
Bir çox insanın öz yeməklərində istifadə etdiyi reyhanın narahatlığa kömək edə biləcəyini bilirdinizmi? Stressə qarşı xüsusiyyətlərə malik olduğu isbat edilən reyhan zehni aydınlığı artıraraq əhval-ruhiyyəni yaxşılaşdırdığı və stress səviyyələrini azaltdığı bilinir.


Aloe Vera
Kosmetika sənayesində tez-tez rastlaşdığımız aloe vera əslində bundan qat-qat artıqdır.Aloe vera ilə havadakı zərərli maddələri təmizləyərək stress və narahatlığı azalda bilərsiniz. Üstəlik, bu bitkini çox asanlıqla böyüdə bilərsiniz, çünki çox qayğı tələb etmir.


Areca Palm
Nəfəs aldığımız havanı təmizləyən və narahatlığa kömək edən başqa bir bitki areca xurmasıdır. Bu möhtəşəm bitki sizin üçün havanı təzə saxlayır və buna görə də ümumi əhvalınızı yaxşılaşdırır. 


Xrizantem
Xrizantemaların müxtəlif rənglərdə olması və çox gözəl görünməsi ilə yanaşı, stress əleyhinə xüsusiyyətlərə malikdir. Xrizantema insanlarda narahatlıq əlamətlərini azaldır. Bu gözəl çiçəyə hər gün baxmaq və qoxulamaq çox faydalıdır.


Mənbə: Haber türk

Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et