Bu gün:

Otello sindromu nədir?


Otello sindromunun xüsusiyyətləri qısqanclıqla əlaqələndirilir. Buna görə Otello sindromu: həm də aldadıcı qısqanclıq, erotik qısqanclıq sindromu, patoloji qısqanclıq, morbid qısqanclıq, Otello psixozu və cinsi qısqanclıq kimi adlarla da tanınır.


Bu qısqanclıq, bir insanın həyat yoldaşının və ya partnyorunun xəyanət etdiyinə inanması ilə xarakterizə olunan psixiatrik bir vəziyyətdir. Bu aldatmalar bəzən o qədər güclü olur ki, insanları zorakılığa sövq edir. Otello sindromu tez-tez şizofreniya və digər psixotik pozğunluqlar, alkoqoldan istifadə pozğunluqları və şəxsiyyət pozğunluqları ilə əlaqələndirilir. İnsanların fikirləri qismən doğru və ya tamamilə xəyali ola bilər. Bu fikirlərin qismən doğru olub-olmamasından asılı olmayaraq, insanların qısqanclıq inancları ilə normaldan daha çox məşğul olması diqqət çəkir.

Otello sindromunun simptomları

Obsesif qısqanclıq Otello sindromunun ən çox görülən əlamətidir. İnsanlar tərəfdaşlarının onları aldatması fikrindən ciddi şəkildə narahat olurlar. Bu insanların fikrincə, partnyorunun yaxın keçmişdəki düşüncələri və davranışları onsuz da etibarsızdır. Bir aldanma şəklində ortaya çıxan bu vəziyyət, müalicə edilmədikdə nəzarət edən, etibarsız, mübahisəli və artan çarəsizlik hissinə səbəb olur.

Otello sindromunun müalicəsi

Həddindən artıq qısqanclıq ciddi sahiblik gətirir. Bu cür münasibət qurmağa çalışan insanlar çox vaxt aqressiv, təqiblərə və zorakılığa meylli ola bilərlər. Həddindən artıq qısqanclıq çərçivəsində qadın qətlləri törədilə bilər. Bu səbəblə əgər şəxsdə qısqanclıq yanılsaması varsa psixoloji dəstək gecikdirilməməlidir. Otello sindromunda yaşanan qısqanclığın müəyyən edilməsində beynin frontal lob pozğunluğu araşdırıla bilər. Otello sindromunun müalicəsi xəstəliyin şiddətindən asılı olaraq ambulator və ya stasionar olaraq tətbiq oluna bilər. Şizofreniya kimi xəstəliklərin müalicəsində də istifadə edilən antipsikotik dərmanlardan da burada istifadə edilir. Müalicə planına fərdi və ailə terapiyası da əlavə olunur. Otello sindromunun müalicəsində psixodinamik terapiya, şəxsiyyətlərarası münasibət terapiyası və koqnitiv davranış terapiyası tez-tez istifadə olunan üsullardır. Yanılmalarla yaşayan bu insanların dünyanı və həyatı daha real görməsinə çalışılır. Otello sindromu ilə əlaqəli ola biləcək digər problemlərin müalicəsi vacibdir.

Mənbə: acibadem.com.tr

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et