Bu gün:

Narsizm nədir?


 

Narsizm nədir?

Ümumiyyətlə, narsisistik şəxsiyyət pozğunluğu insanların öz əhəmiyyətini əsassız dərəcədə yüksək hiss etdikləri psixi sağlamlıq vəziyyətidir. Narsist insanlar həddindən artıq diqqət tələb edirlər, insanların onlara heyran olmasını istəyirlər. Bu pozğunluğu olan insanlar başqalarının hisslərini başa düşmək və ya onlara qayğı göstərmək qabiliyyətindən məhrum ola bilərlər.

Narsisistik şəxsiyyət pozğunluğu (NŞP) nədir?

"Narsisizm" sözü selfilərə meylli, məşhurlara əsaslanan mədəniyyətdə çox istifadə olunur. Ancaq, psixoloji baxımdan, narsisizm özünü sevmək demək deyil. Narsisistik şəxsiyyət pozğunluğu (NŞP) olan insanların ideallaşdırılmış, möhtəşəm obrazlarına aşiq olduğunu söyləmək daha doğrudur.

Narsisistik şəxsiyyət pozğunluğu özünəməxsus, təkəbbürlü düşüncə və davranış modelini, başqa insanlara empatiya, həmçinin diqqət göstərməməyi, həddindən artıq heyranlıq ehtiyacını ehtiva edir. Digərləri NŞP olan insanları tez-tez həyasız, manipulyasiya edən, eqoist, himayədar və tələbkar kimi təsvir edirlər. Bu düşüncə və davranış tərzi narsistin həyatının bütün sahələrində özünü göstərir - işdən, dostluqdan tutmuş ailə və sevgi münasibətlərinə qədər.

Narsisistik şəxsiyyət pozğunluğu olan insanlar davranışlarını dəyişdirməyə son dərəcə meyllidirlər, hətta bu, onlara problem yaratdıqda belə. Onların əsas prioritetləri günahı başqalarının üzərinə atmaqdır. Üstəlik, onlar son dərəcə həssasdırlar və şəxsi hücumlar kimi gördükləri ən kiçik tənqidlərə, fikir ayrılıqlarına belə pis reaksiya verirlər. Narsistin həyatındakı insanlar üçün soyuqluqdan və qəzəbdən qaçmaq üçün tələblərini yerinə yetirmək çox vaxt daha asandır. Bununla belə, narsisistik şəxsiyyət pozğunluğu haqqında daha çox başa düşərək, həyatınızdakı narsistləri görə bilərsiniz, özünüzü onların güc oyunlarından qoruya və daha sağlam sərhədlər qura bilərsiniz.


Mənbə: helpguide.org

Tərcümə etdi: Dəniz Quliyeva

Paylaş
Şərh əlavə et