Bu gün:

Günəbaxanın faydaları nələrdir?



Günəbaxanın faydaları nələrdir?

Elmi dildə "Helianthus annuus" kimi tanınan günəbaxan papatya ailəsinə aid kənd təsərrüfatı bitkisidir. Toxumu və yağı sayəsində geniş əkin sahəsinə malikdir. Dünyada və Türkiyədə ən əhəmiyyətli yağlı bitkilərdən biri kimi tanınan günəbaxan, xüsusilə də, ölkənin Trakya və Mərmərə bölgələrində yüzdə 70 nisbətində becərilir.

Günəbaxan tumları kimi zəngin bir qida maddəsi olan bu növün insan sağlamlığı üçün çox əhəmiyyətli faydaları var. Hündürlüyü 1-2 metr olan günəbaxanlar yayda saralırlar. İsti iqlimlərdə daha asan inkişaf edə bilən bitki soyuq və yüksək dağlıq bölgələr istisna olmaqla, hər yerə uyğunlaşa bilir. Kök quruluşu sayəsində quraqlığa da çox davamlıdır. 

 
Günəbaxan necə yetişdirilir? 

Günəbaxan bitkisini toxumu ilə, yəni çiçəkləri ilə çoxaltmaq lazımdır. Bitkini günəş işığını çox alan bir ərazidə əkmək faydalı olardı. Torpağın temperaturunun 10-12 dərəcə olması tövsiyə olunur. Əkin aprelin əvvəlindən mayın ortalarına qədər aparılmalıdır. Torpaq nəm olmalıdır, buna görə, xüsusilə, çiçəkləmə dövründə güclü yağış tələb edir.

 
Günəbaxan torpaqdan çoxlu qida qəbul etdiyi üçün onları üst-üstə əkməkdən çəkinmək lazımdır. Çiçəkləmə dövründə suya ən çox ehtiyacı olan bu bitkilər 40 sm hündürlüyə çatdıqdan sonra 20 gündən bir suvarılmalıdır.

 
Günəbaxanın faydaları nələrdir? 

İnsan sağlamlığına faydalı olan bir çox maddəni ehtiva edən günəbaxanda 90 faiz doymamış yağ ola bilər. Günəbaxan tumları güclü E vitamini mənbəyidir və müəyyən miqdarda istehlak edildikdə arıqlamağı sürətləndirir.


•Tərkibində yüksək miqdarda maqnezium var.
•Ürək-damar sağlamlığını yaxşılaşdırmağa kömək edir.
•Sağlam xolesterol səviyyələrini dəstəkləyir.
•Depressiyaya yaxşı gəlir. 
 


Mənbə: ribbonflowers
Tərcümı etdi: Nailə Hadizadə

Paylaş
Şərh əlavə et