
Qida asılılığının qarşısını almaq üçün ilk növbədə daha sağlam qidalara diqqət yetirmək lazımdır. İnsan çantasında kalorili, yağlı və şəkərli qidalar yerinə daha sağlam qidalardan olan meyvə və qoz-fındıqları saxlaya bilər. Lazım gələrsə, bu qidaları istehlak edən fərdlər arıqlamağa başlayacaq, daha az qida istehlak etmək ehtiyacı hiss edəcək və zaman keçdikcə qida asılılığı bir asılılıq olmaqdan çıxacaq. Çünki, qida asılılığına səbəb olan əsas məqam sağlam olmayan qidaların qəbuludur. Sağlam olmayan qidaların insan həyatından çıxarılması qida asılılığına son qoyacaq və ürək xəstəlikləri, şəkərli diabet, orqan çatışmazlığı, piylənmə və bir çox başqa xəstəliklərin qarşısını alacaq.
Mənbə:Kolan Hospital Group
Tərcümə etdi:Nailə Hadizadə19:43
Tərcümə etdi:Nailə Hadizadə19:43
