Bu gün:

Teresa Fidalqonun hekayəsi doğrudurmu?


Teresa Fidalqonun hekayəsi doğrudurmu?

Teresa Fidalqo haqqında məşhur internet videosu portuqaliyalı prodüser David Rebordão tərəfindən yazılmış və hazırlanmışdır və əsl hekayə deyil. Video "Blair Witch Project" də toplanmış video kadrlar kimi çəkilib və film "A Curva" adlanır. Videoda gecə gec saatlarında Portuqaliyanın Sintra şəhəri yaxınlığında maşın sürən üç dostdan ibarət bir qrup gənc qadının yolun kənarında getdiyini görürlər. Onu maşına mindirməyə dəvət edirlər. O, çox sakitdir və bir müddət sonra yolun bir hissəsini göstərərək qəzaya uğrayıb öldüyünü deyir. Kamera onun qanla örtülmüş üzünə baxır və avtomobil qəzaya uğrayan kimi qışqırır. Videonun kəsilməsindən sonra başlıqlarda qəzada iki sərnişinin öldüyü və polisin Teresa Fidalqo adlı qadının 1983-cü ildə avtomobil qəzasında öldüyünü aşkar etdiyi bildirilir. Hekayə uzun illərdir dünyada danışılan Ağ Xanım əfsanələrinə bənzəyir. Videonun prodüseri Rebordão Portuqaliyanın TVI telekanalında filmin ssenari olduğunu və real olmadığını bildirib.

Mənbə: 411answers.com

Tərcümə etdi: Zəhra Niftiyeva

Paylaş
Şərh əlavə et