Bu gün:

Hindular reinkarnasiya prosesini neçə təsvir edir?


Hindular samsara, sonsuz doğum, həyat və ölüm və ya reinkarnasiya adlandırdıqları dövrə inanırlar. Hinduizmdə hər bir ruh ölümsüz və ya əbədi hesab olunur. Samsara Hinduizmdə hərəkət və reaksiyanın əxlaqi qanunu olan karma tərəfindən idarə olunur.

Bütün hindular inanırlar ki, hər bir fərd həyatı boyu karma toplayır və insan bədəninin və ruhunun hazırkı vəziyyətinə keçmiş hərəkətlər təsir edir. Reinkarnasiya “yenidən bədənə daxil olmaq” deməkdir. Hinduizmdə ruh heç vaxt ölmür və təkamül səyahəti zamanı bir-birinin ardınca yaşayır. Bəzən ruh başqa bir insan bədənində, bəzən bitki bədənində, bəzən də heyvan bədənində doğulur. Əgər insan həyatı boyu yaxşı karma toplayırsa, hinduların kasta sistemində daha yüksək yer qazana bilər. Əgər pis iş görsə, ruhu zəncirin dibinə enə bilər. İnsan yaxşı əməllər, yoqa və ya mənəvi intizamla məşğul olmaqla öz karmasını dəyişə bilər. Hinduizmdə ruhlar əbədi hesab edilsə də, hər bir hindunun əsas məqsədi doğuş və ya moksa adlanan samsaradan qurtulma dövründən çıxmaqdır. Mokşaya nail olmaq üçün bir hindunun onu bu dünyaya bağlayan hər şeylə əlaqəsini kəsməsi və tamamilə Rəbbə təslim olması gözlənilir. Mokşaya nail olan hindu, əbədi ağrı və əzab dövrü kimi görünən samsaradan azad edilir.


Mənbə: 411answers.com

Tərcümə etdi: Zəhra Niftiyeva

Paylaş
Şərh əlavə et