Bu gün:

Ginekoloqun kişi versiyası nədir?


Uroloq kişi reproduktiv orqanlarına təsir edən xəstəliklərdə ixtisaslaşıb. Bu tip həkim sidik yollarına təsir edən xəstəlikləri olan kişilərə və qadınlara kömək edir. Urologiya üzrə ixtisaslaşan həkimlər daxili xəstəliklər, ginekologiya və pediatriya kimi müxtəlif tibbi ixtisaslar üzrə məlumatlı olmalıdırlar.

Bu, cərrahi ixtisasdır və qabaqcıl cərrahi ixtisaslara malik olanlar Amerika Cərrahlar Kollecinə aid ola bilər. Urologiyada kişi sonsuzluğu və erektil disfunksiya kimi bir çox alt ixtisaslar var. Həkimlər həmçinin yalnız qadın urologiyası, uşaq urologiyası və ya böyrək transplantasiyası olan xəstələrlə işləməyi seçə bilərlər.

Mənbə: 411answers.com

Tərcümə etdi: Zəhra Niftiyeva



Paylaş
Şərh əlavə et