Bu gün:

Moskva metrosu, dünyanın ən gözəl metrolarından biri


Moskva metrosu 1935-ci il mayın 15-də tunellərində möhtəşəm paradlar və Bolşoy Teatrının tamaşaları ilə açılır. İlk açıldığı zaman cəmi 13 stansiyası olan metro bu gün dünyanın ən böyük və ən geniş metrolarından biridir və görənləri heyran etməkdə çox müvəffəqiyyətlidir. Xüsusilə daha böyük əsas stansiyalarda böyüklüyü ilə bu əzəmətin haqqını verən bir atmosfer var. Deməli, Moskvada dolaşarkən ayağınızın altından axan möhtəşəmliyə göz yummaq böyük səhv olardı. 

Göz oxşayan interyer dizaynı olan stansiyalarda çox güman ki, qatar gözlədiyinizi unudub, divarlara və bəzək əşyalarına baxıb, metroya nəqliyyat vasitəsi kimi baxmaqdan əl çəkəcəksiniz. Hətta bu gözəl dayanacaqları ziyarət etmək üçün bir plan quraraq yola çıxa bilərsiniz. Ancaq qeyd edək ki, bütün dayanacaqları bir gündə bitirə bilməzsiniz. 2012-ci ildə bütün metro stansiyalarını bir gündə ziyarət etmək marafonu keçirildiyi Moskvada o vaxtdan bəri daha çox yeni metro stansiyaları açılıb. Hər il 2,4 milyard sərnişin daşıyan və bu gün 12 xətt və ümumilikdə 200-dən çox dayanacağı olan Moskva metrosunun bütün stansiyalarını bir gündə ziyarət etmək həqiqətən mümkün deyil. Moskva metrosunun başqa bir adı "Xalq Sarayı"dır.

Onu gördükdə anlayacaqsınız ki, sanki saraya, dəbdəbəli otel foyesinə və ya nağıl bal zalına girirmiş kimi metrostansiyaya daxil olmaq və bu möhtəşəm memarlıqdan axan Moskvanın gündəlik təlaşına şahid olmaq olduqca təsir edicidir. Bu memarlıq zərifliyi estetik zövqə oxşamaqla yanaşı, həm də tarixi keçmişə malikdir. Vağzalda görəcəyiniz möhtəşəmliyin incə işlənmiş detallarında sosializm dövrünün izlərini xatırladır.

Mənbə: seturday

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et