Bu gün:

Həddindən artıq yemə alışqanlığı nədən qaynaqlanır?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı psixoloq Fuad İsmayılovdur. O, psixoloji faktorların həddindən artıq yeməyə təsirindən danışıb. 


Həddindən artıq yemə alışqanlığı nədən qaynaqlanır?

Burada bir neçə faktor var. Birincisi, genetik faktorlardır. Əgər hansısa insanın valideynləri və ya yaxın qohumları həddindən artıq çəkidən əziyyət çəkirsə, çox güman ki, bu həmin adamda da ola bilər. Burada genetik faktorlar rol oynayır.

İkinci faktor endokrin xəstəliklərdir. Bir neçə xəstəliklər zamanı insanın metabolizması dəyişir və bunun nəticəsində artıq yemək əmələ gəlir.

Üçüncü faktor stress faktorudur. Bir neçə psixi pozuntular zamanı, apetik depressiya zamanı iştah artır və xəstələr çox yeməyə başlayır. Həyat tərzinin də rolu var. Son vaxtlar insanlar adətən səfərlərini nəqliyyatla edirlər. Ona görə bu kimi faktorlar artıq çəki və artıq yeməyə səbəb ola bilər.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et