
Eramızdan əvvəl 44-cü ildə Brutun başçılıq etdiyi bir qrup qəzəbli senator Xəncər və çubuqlarla Sezara hücum etməyə başladı. Əvvəlcə Sezar hücum edənlərə müqavimət göstərməyə çalışdı. Amma onların arasında övladlığa götürdüyü Brutu görəndə müqavimət göstərməyi dayandırdı. Övladlığa götürdüyü oğlunun 23 bıçaq zərbəsi vurulduğunu görəndə ona dedi: Et tu, Qəddar? - Sən də Brutussan? Bu gün bütün dünyada insanlar xəyanət hiss etdikdə bu ifadəni işlədirlər. Bu simvolik sözün niyə bu qədər məşhur olmasının arxasında belə bir pis hekayə var.
Maraqlı tarixi məlumatlar arasında bizi ən çox təəccübləndirənlərdən biri də budur. Çəngəl ilk dəfə 11-ci əsrdə İtaliyada tarix səhnəsində görünür. Spagetti yeyərkən həyatımızı asanlaşdıran bu uclu obyektdən istifadə Allaha qarşı ən böyük cinayət idi. Buna səbəb çəngəllərin süni əl hesab edilməsi idi. Allahın verdiyi əli işlədə bildiyiniz halda çəngəldən istifadə etmək günahların ən böyüyü sayılırdı.

1970-ci ildə futbol üzrə dünya çempionatının seçmə mərhələsində iki qonşu ölkə El Salvador ilə Honduras arasında keçirilən üçüncü oyundan sonra başlayan və 100 saat davam edən müharibə dünya ədəbiyyatına “Futbol müharibəsi” adı ilə düşdü. 2100 ölü və 10 000-dən çox yaralı olan bu müharibə Amerika Dövlətləri Təşkilatının müdaxiləsi ilə sona çatdı.
Mənbə:iletim.istanbul
Tərcümə etdi:Sona Adgözəlova
