Bu gün:

İnsanlar niyə xoruldayır?


Yetkinlərin təxminən 45℅-i arabir, 25 ℅-i isə mütəmadi olaraq xoruldayır - çox vaxt yataq yoldaşının və özünün yuxusunu pozmaqla nəticələnən bu halın nədən qaynaqlandığını izah edirik.


Xoruldama yuxu zamanı tənəffüs yollarının daralması və rahatlaması nəticəsində hava axınının kəsilməsindən sonra nəfəsin səs-küylü olması halıdır. Kişilərdə və artıq çəkidən əziyyət çəkən insanlarda rast gəlinən xoruldama problemi zaman zaman baş verə və ya xroniki hala çevrilə bilər. Xroniki xoruldama problemi olan insanlar həkimə müraciət etməlidirlər.


Sağlam yuxuya ən böyük maneələrdən biri olan xoruldama digər xəstəliklərin də əlaməti ola bilər. Bu səbəblə yatmadan əvvəl etdiyiniz bəzi dəyişikliklər və ya həkim müayinəsindən sonra tətbiq edilən müalicələr xoruldamanın təsirlərini azaldacaq.


Xorultuya səbəb nədir?


Yuxu zamanı dil, ağız, boğaz və ya burun kimi havanın keçdiyi yollar rahatlaşır və daralır, hava hərəkətinin bu maneəsi tənəffüs strukturunda vibrasiya yaradır və tənəffüs aktı onun boğuq və ya xoruldama kimi tanınan sərt səs kimi görünməsinə səbəb olur. Bu vəziyyətə adətən ağız və sinus anatomiyası, soyuqdəymə, spirt və siqaret istifadəsi, yaş, çəki və gün ərzində yorğunluq səbəb olur.


Bütün bunlara əlavə olaraq, aşağıdakı səbəblər də xoruldamaya səbəb olur:


Ağız anatomiyası


Alçaq və qalın damağın olması insanın tənəffüs yolunu daraldan amillərdəndir. Artıq çəkisi olan insanlarda tənəffüs yollarını daha da dar edən toxumalar da var.


Burun problemləri


Xroniki burun tıkanığlığı yaşayan insanlar və burun dəlikləri arasında əyrilik olanlar daha çox xoruldama problemi ilə qarşılaşırlar.



Yuxu mövqeyi


Arxa üstə yatan insanların xoruldama ehtimalı daha yüksəkdir. Horlamanın qarşısını almaq üçün sağ tərəf üstə yatmaq daha sağlam olardı.


Kilo


Artıq çəki və piylənmə ilə mübarizə aparan insanların daha çox xoruldadığı məlum bir həqiqətdir.


Yaş və cins


Yaş artdıqca insanın tənəffüs yolları daralır və xoruldama problemi artır. Ancaq xoruldama problemi daha çox kişilərdə olur.


Genetik


Ailənizdə xoruldama problemi olan insanların sayı nə qədər çox olarsa, insanın özü də xoruldama problemi ilə qarşılaşma ehtimalı bir o qədər yüksəkdir.


Mənbə: memorial.tr

Tərcümə etdi: Sevil Azər 

Paylaş
Şərh əlavə et