Bu gün:

Qanqliyon kisti


Qanqliyon kisti, adətən, oynaq və ya vətər yaxınlığında inkişaf edən maye ilə dolu bir şişdir. Kist noxud ölçüsündən qolf topunun ölçüsünə qədər dəyişə bilər.


Qanqliyonlar zərərsizdir, lakin bəzən ağrılı ola bilər. Heç bir ağrı və ya narahatlıq yaratmazlarsa, müalicə edilmədən yox ola bilərlər. Baxmayaraq ki, bu bir neçə il çəkə bilər. 


Qanqliyonun niyə əmələ gəldiyi aydın deyil. Onlar oynaq və ya tendonu əhatə edən sinovial mayenin sızması və kisəyə yığılması zamanı baş verir. Müalicə, adətən, yalnız kist ağrıya səbəb olarsa və ya oynaqda hərəkət diapazonuna təsir edərsə tövsiyə olunur. Qanqliyon kistinin 2 əsas müalicə variantı bunlardır:


1. İynə və şpris ilə kistdən mayenin boşaldılması (aspirasiya)


2. Cərrahi yolla kistanın kəsilməsi


Mənbə: nhs.uk

Tərcümə etdi: Sevil İsmayılova

Paylaş
Şərh əlavə et