
Meyvə şirələri turşulu içkilərdən daha məsum görünsə də, əslində sağlamlığımızı təhdid edir!
Sizcə, meyvə şirələri digər sərinləşdirici içkilərə daha sağlam alternativdirmi? Yəqin ki, "meyvə" etiketinin sizi əsl meyvədə olan vitaminlər, minerallar və antioksidantlarla təmin edəcəyini düşünürsünüz. Lakin meyvə şirələri tərkibindəki kimyəvi maddələrlə sağlamlığınızı ciddi şəkildə təhdid edir.
1. Meyvə şirələrinin tərkibində bəzi zərərli kimyəvi maddələr ola bilər
Meyvə şirələrini saxlana bilən hala gətirməyin yeganə yolu oksigeni xaric etmək üçün kütləvi konservantlardan istifadə etməkdir. Hazır şirələrdə yüksək miqdarda etil butirat adlı kimyəvi maddə var. Bu kimyəvi maddə təzə sıxılmış portağal suyunun qoxusunu təqlid edir və heç də təbii deyil. Odur ki, meyvə şirəsi içməkdənsə, meyvələrin özlərini yeməyə üstünlük verməlisiniz.
2. Meyvə şirələrinin qida dəyəri məhduddur
Hətta təzə sıxılmış şirələr də fruktozadır və digər sərinləşdirici içkilər kimi bədəninizə eyni zərərli təsir göstərir. Təbii ki, hazır meyvə şirələrindən fərqli olaraq onun tərkibində az miqdarda vitamin C, B1, fol turşusu və kalium var. Lakin meyvələr sıxıldıqda tərkibindəki lifi itirirlər.
3. Meyvə şirələrində şəkər yüksəkdir
Bir qutu kolanın tərkibində 140 kalori və 40 qram şəkər var. Eyni miqdarda alma suyuna baxın: 165 kalori və 39 q şəkər! Kembric Universitetinin İnsan Qidalanması Tədqiqat bölməsinin pəhriz və piylənmə araşdırma qrupunun rəhbəri Susan Jebb, "Meyvə şirəsi çox tez udulur" dedi. Ona görə də orqanizminiz mədəyə çatana qədər onun kola və ya şirə olduğunu bilmir. “Meyvə şirəsi qəbulunu dayandırın, meyvələri özünüz yeyin” deyir.
4. Şirə diabet riski ilə əlaqələndirilə bilər
Harvard Xalq Sağlamlığı Məktəbinin tədqiqatçıları alma, armud, üzüm və qaragilə yeməyin 2-ci tip diabetin inkişaf riskini necə azaltdığına dair araşdırmalar hazırlayıblar. Müsabiqənin qalibi qaragilə olub və məlum olub ki, bu meyvədən həftədə üç dəfə istifadə edən insanlarda şəkərli diabet riski 26 faiz azalıb.
Yenə də meyvə şirəsi üçün pis xəbər! Eyni araşdırmaya görə, meyvə suyu qəbul edənlərin şəkər xəstəliyinə tutulma riski azalmaq əvəzinə 8 faiz artır.
5. Meyvə suyu qadınlarda gut xəstəliyinə səbəb ola bilər
Qadınlarda bəzi oynaqlarda ani və şiddətli ağrı, incəlik, qızartı, şişlik və temperaturun yüksəlməsinə səbəb olan gut xəstəliyinin səbəbini bilirsinizmi? Meyvə şirəsi və qazlı içkilər! Amerika Tibb Assosiasiyası meyvə şirələrinin yüksək fruktoza ehtiva etdiyini göstərən bir araşdırma yayımladı. Araşdırmaya görə, gündə bir və ya iki dəfə meyvə suyu içən qadınlarda ayda bir dəfə içənlərə nisbətən gut xəstəliyinə tutulma riski iki dəfə çoxdur.
Mənbə: mhthayat.haberturk.com
Tərcümə etdi: Aysel Aslanova
