
Sağlam yemək həmişə dadlı olmur. Ancaq bu bananlara aid deyil. Banan bəlkə də insanların ən çox sevdiyi meyvələr sırasındadır. Əlbəttə ki, onun yeganə artısı dadı deyil. İdman edən və arıqlamaq istəyən insanların tez-tez qəbul etdiyi bananın sağlamlığa çoxlu faydaları var. Bəs gündə 2 banan yeməyin hansı faydaları ola bilər?
1- Arıqlayacaqsınız
Liflə zəngin olan banan aclığı yatırır. Tərkibində çəki artımının qarşısını alan nişasta da var. Qan şəkərinin səviyyəsini aşağı salır və insulinə həssaslığı artırır. Nəticədə daha tez arıqlayacaqsınız və bunu edərkən ac qalmayacaqsınız.
2- Təzyiqi normallaşdırır
1 bananda təxminən 420 mq kalium ehtiva edir. Bu, yüksək təzyiqin azaldılmasında aktiv rol oynayır.
3- Həzmi yaxşılaşdırır
Banan mədə-bağırsaq traktını qıcıqlandırmadan asanlıqla həzm olunur. Tərkibindəki nişasta bağırsaq bakteriyaları üçün çox faydalıdır. Odur ki, ishal, qastrit və ya mədə yanmasından əziyyət çəkirsinizsə, banan qəbul etməlisiniz.
4- Anemiya riskini azaldır
Anemiya qırmızı qan hüceyrələrinin azalması və qanda hemoglobin səviyyəsinin aşağı olması nəticəsində baş verir. Bananlarda qırmızı qan hüceyrələrinin istehsalını stimullaşdıran dəmir var. Bananlarda qan şəkərinin səviyyəsini tənzimləyən və qan azlığı olan insanlara kömək edən B6 vitamini də var.
5- Vitamin əksikliyini təmin edir
Banan gündəlik B6 vitamini ehtiyacımızın 20 faizini qarşılayır. B6 orqanizmə sağlam hüceyrələr yaratmaq üçün lazım olan insulin, hemoglobin və amin turşuları istehsal etməyə kömək edir.
Banan da gündəlik C vitamini ehtiyacımızın 15 faizini qarşılayır.
6- Enerjinizi artırır
Bananda olan kalium əzələ kramplarının qarşısını alır, karbohidratlar isə məşq üçün lazım olan enerjini təmin edir.
7- Stress səviyyəsini azaldır
Bananlar xoşbəxtlik hormonunu ifraz etmək üçün lazım olan triptofan istehsal etməyə kömək edə bilər.
Orta hesabla hər bananda təxminən 27 mq maqnezium var. Bu mineral yaxşı əhval-ruhiyyə və sağlam yuxu üçün vacibdir.
Mənbə: cnnturk.com
Tərcümə etdi: Aysel Aslanova
