Hər bir orqanizmin özünəməxsus bədən quruluşu var. Qollar və ayaqlar kimi xüsusi bədən quruluşları ümumi görünüşcə oxşar olsa da (hər ikisi də əzələ və sümükdən ibarətdir), onların formaları və detalları fərqlidir.

Embrion böyüdükcə, bədənin müxtəlif yerlərində strukturların necə inkişaf etdiyini təyin edən "homeotik genlər" adlı xüsusi gen qrupunun işi sayəsində qollar və ayaqlar fərqli inkişaf edir.
Bu "homeotik genlər"in ən məşhurlarından və əhəmiyyətlilərindən biri olan HOX geni, müxtəlif orqanizmlərin normal embrioloji inkişafını tamamlamaq üçün lazım olan məlumatları kodlaşdıran, bədən quruluşunu, orqanların formalaşmasını və bəzi canlılarda bədən planında lazım olan yerə yerləşdirilməsi deməkdir.
HOX genləri (həmçinin "Hox genləri" olaraq yazılır) transkripsiya tənzimləyici (genetik məlumatın DNT-dən RNT-yə ötürülməsi) faktorlarını kodlayır və bununla da hüceyrə inkişafına əhəmiyyətli dərəcədə töhfə verir.
Onurğalılarda HOX genlərinin əhəmiyyəti
Siçanların və digər onurğalıların bədənləri buğumayaqlılar qədər aydın seqmentlərə bölünməsə də, onurğalıların bədəninin müəyyən hissələri tam olaraq buğumayaqlılar kimi inkişaf edir: Məsələn, onurğalar, bütün əlaqəli əzələləri və sümükləri ilə birlikdə "somites" adlanan təkrarlanan vahidlərdən inkişaf edir. HOX genləri (çox vaxt kombinasiyada) somit şəxsiyyətini müəyyənləşdirməyə kömək edir və onları bədəndə olduqları yerdən asılı olaraq, fərqli şəkildə inkişaf etdirməyə yönəldir.
HOX genləri onurğalıların inkişafında daha çox iştirak edir. Onlar qol və ayaq arasındakı fərqi və ya sərçə barmaq və baş barmaq arasındakı fərqi müəyyən etməyə kömək edir. Sinir sistemində onların rombomerlər adlanan seqmentli embrion strukturlarında ifadəsi müxtəlif beyin bölgələrinin inkişafına istiqamət verir.
Bədən nümunəsini təyin edən genlər necə kəşf edildi?
Bədəndə bu şəkildə fəaliyyət göstərən tənzimləmə mexanizminin olması fikrini ilk dəfə irəli sürən şəxs Uilyam Beytson olmuşdur. Beytson bir orqanın yerində başqa bir orqanın (təsadüfən) olmasına homeoz adını verdi.
Normalda baş-toraks T1-T2-T3- abdomen kimi düzülən bədən planı, baş-toraks T1-T2-T2 kimi olmuşdur. Bu mutasiyaya səbəb olan genlər "bitoraks" kompleksi adlanır və bu dəyişiklik ümumiyyətlə homeotik transformasiya adlanır; çünki bu mutasiyalar nəticəsində bədən üzvlərindən biri digəri ilə dəyişir.
Mənbə: evrimağacı.com
Tərcümə etdi: Aytac Musayeva
