Bu gün:

Balafon - Qərbi Afrikanın qədim ksilofonu


  

Balafon zərbli idiofonun bir növüdür. Onun şifahi tarixi ən azı eramızın 12-ci əsrinə, Mali imperiyasının yüksəlişinə təsadüf edir. 


Balafon Qərbi Afrikanın Gur, Mande və Senufo xalqları ilə, xüsusən də, Mandinka etnik qrupunun Qvineya qolu ilə sıx bağlıdır. Ancaq, bu gün Malidən Qvineyaya qədər bütün Qərbi Afrikada yayılmışdır. “Balafon” termininin Mandinka dilindən “bala” ilə yunan sözü olan “phono” kökü ilə birləşdirən Avropa yaradıcılığından olduğu ehtimal olunur.


Balafonun bambuk çərçivəsində əvvəlcə gül ağacından hazırlanmış taxta açarlar var. Bu alətin hazırlanması zamanı odun diqqətlə seçilməlidir - adətən béné kimi tanınan ağacdan əldə edilir və bir sıra mürəkkəb prosedurlara kəsmə, oyma, yandırma, atəşə yenidən ziyarətlər və s. məruz qalır. Bu çətin proses həm uzun, həm də həssasdır, çünki hər bir damla çıxarılmalıdır. 


Ustalar çox vaxt alətlər yaratmaq üçün əl alətlərindən istifadə edir, açarları bıçaqla oyaraq düzəldirlər. Sonra, hər bir açar hər tərəfdən tək bir şnurdan istifadə edərək çərçivəyə əlavə olunur. Bu o deməkdir ki, bir açar boşaldıqda, bütün açarlar çıxarılmalı və yenidən birləşdirilməlidir. Balafonlar adətən 21 açara malikdir, bəzi hallarda isə 22 olur. Çərçivə qurulduqdan sonra, rezonans əlavə etmək üçün altına qovunlar əlavə olunur. Əsasən bunlar təbii səs gücləndiriciləri kimi çıxış edirlər.

 

Mənbə: https://worldmusiccentral.org/2023/02/21/balafon-the-ancient-xylophone-of-west-africa/

Tərcümə etdi: Fatimə Nəsirli

 

 

 

 

 

Paylaş
Şərh əlavə et