Bu gün:

“İmtahanlar təhsil səviyyəsinə uyğun salınmalıdır“


24Media.az-ın "1 sual 1 cavab" rubrikasının budəfəki qonağı təhsil eksperti Cahid İmanlıdır. O, 2023-cü və 2024-cü illərdə 11-ci sinif buraxılış imtahanından göstərilən nəticələr arasındakı fərqin səbəblərindən danışıb. 

- 2023-cü ildə 11-ci sinif buraxılış imtahanından 300 bal toplayaraq tam nəticəni göstərən olmadı, lakin 2024-cü ildə 53 nəfər 300 bal toplayaraq yüksək nəticə göstərib. Bunun səbəbini nədə görürsünüz?

 

Bəli, 2024-cü ildə 11-ci sinifi bitiriən şagirdlərin buraxılış imtahanlarının nəticələri əvvəlki illərə nisbətən daha yüksək oldu. Belə ki, 53 nəfər  maksimum bal olan 300 bal topladı. Halbuki, 2019- cu ildən etibarən son 5 ildə cəmi 13 nəfər bu nəticəni göstərə bilmişdi. Bunun səbəblərinin də elmi-statistik araşdırılması vacibdir. Düşünürəm ki, burada ən başlıca, ən əsas və mübahisəsiz amil imtahan suallarının asan olmasıdır. Maraqlıdır ki, bu barədə danışanların əksəriyyəti imtahan suallarının asan olduğu ilə razılaşır. Əslində DİM-ə əvvəlki illərdə imtahanların niyə çətin salınması haqqında sual vermək lazımdır. Ötən illərdə imtahanda uğur qazana bilməyən abituriyentlərin intihara cəhd etdiklərinin şahidi olduq. Bu il isə analoji hadisələrə hələ ki rast gəlinməyib. Gəlinən nəticə odur ki, imtahanlar ölkə təhsilinin səviyyəsinə uyğun salınmalıdır. İmtahanlarda Avropa təhsili səviyyəsində suallar salmaq düzgün deyil. Ali məktəblərə qəbul prosesinə yenidən baxılması zərurəti yaranıb. Bu sahədə islahatların keçirilməsi vacibdir.

 

Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et