Caz nədir?
Caz improvizasiyanın adətən mühüm olduğu musiqi janrıdır. Əksər caz tamaşalarında sənətkarlar anında yaratdıqları soloları ifa edirlər ki, bu da xeyli bacarıq tələb edir. Cazda çox müxtəliflik var, lakin cazın əksəriyyəti poliritmikdir, "swing" adlanan irəli sürətə malikdir, həmçinin "bükülmüş" və ya "mavi" notlardan istifadə edilir. Caz ağrıdan tutmuş saf sevincə qədər bir çox fərqli duyğuları ifadə edə bilər. Cazda azadlığın səsini eşidə bilərsiniz, çünki musiqi, dərisinin rənginə görə və ya qəddar diktatorun idarə etdiyi ölkədə yaşadıqları üçün ədalətsizliyə məruz qalan insanlar üçün güclü bir səs olub.
Cazın təbiəti
Caz musiqiçiləri öz səslərini və üslublarını tapmağa böyük əhəmiyyət verirlər. Bu o deməkdir ki, məsələn, trubaçı Miles Davis Luis Armstronqdan çox fərqli səslənir. Caz musiqiçiləri mahnılarını öz fərqli üslublarında ifa etməyi xoşlayırlar və beləliklə, siz eyni mahnının onlarla müxtəlif caz yazısını dinləyə bilərsiniz, lakin hər biri fərqli səslənəcək. Musiqiçilərin ifa üslubları improvizə edilmiş sololar kimi hər versiyanı fərqli edir. Caz tanış nəyisə - tanış mahnını yeni nəyəsə çevirməkdən ibarətdir. Bu, hamının bildiyi bir melodiyanı yeni və şəxsi bir melodiyaya çevirir. Bunlar cazın böyük sənət növü olmasının və bəzi insanların onu “Amerikanın klassik musiqisi” hesab etmələrinin səbəblərindən yalnız bir neçəsidir.
Cazın inkişafı
Caz 20-ci əsrin əvvəllərində ABŞ-da inkişaf etmişdir. Missisipi çayının mənsəbinin yaxınlığında yerləşən Yeni Orlean bu inkişafda xüsusi rol oynayıb. Şəhərin nüfuzu cənubun istənilən yerindən daha müxtəlif idi və Afrika, Fransız, Karib dənizi, İtalyan, Alman, Meksika və Amerika hindu, həmçinin ingilis əsilli insanlar bir-biri ilə qarşılıqlı əlaqədə idilər. Afroamerikan musiqi ənənələri başqa janrlar ilə qarışdı. Beləliklə, caz tədricən ragtime, marşlar, blues və digər musiqi janrlarının qarışığından yarandı. Əvvəlcə, caz daha çox rəqs etmək üçün idi. Sonrakı illərdə isə insanlar oturub dinləməyə başladılar.
1917-ci ildə ilk caz yazıları uğurlu olduqdan sonra bu musiqi geniş yayıldı və sürətlə inkişaf etdi. Cazın təkamülünə Luis Armstronq, Dyuk Ellinqton , Çarli Parker və Mayls Devis də daxil olmaqla bir sıra parlaq musiqiçilər rəhbərlik edirdi. Eyni zamanda, caz ABŞ-dan dünyanın bir çox yerinə yayıldı və bu gün onlarla ölkədə caz musiqiçilərinə, həmçinin, caz festivallarına rast gəlmək olar. Onu da qeyd etmək lazımdır ki, caz musiqi janrı ABŞ-ın dünyaya ən böyük ixracatlarından biridir.
Mənbə: https://americanhistory.si.edu/explore/projects/smithsonian-jazz/education/what-jazz
Tərcümə etdi: Fatimə Nəsirli
