Bu gün:

Soyuq, yoxsa isti su içməliyik?


Bəzilərimiz buzlu suyu sevir, bəzilərimiz qaynadılmamış suyun tərkibindəki mikroblara görə narahatlıq keçirdir, bəzilərimiz isə birbaşa krandan axan su ilə kifayətlənirik. Bəs orqanizmimiz üçün suyun ən yaxşı halı hansıdır.

Əslində bu mövzu haqqında çoxsaylı araşdırmalar yoxdur, lakin bir neçə məqamı diqqətə çatdırmaq lazımdır. Suyun hansı temperaturunun bizim üçün faydalı olması bir çox amildən asılıdır. Bu məsələ fərqli orqanizmlərə görə dəyişə bilər. Məlum olub ki, Buzlu su arıqlamağa kömək edir. Əgər sizin məqsədiniz arıqlamaqdırsa, onda Buzlu sudan istifadə edə bilərsiniz. Başqa bir məqam ondan ibarətdir ki, idmançılar daha çox kran suyundan (qaynadılmamış və filtirsiz su) istifadə edir, çünki belə su bədənimizi daha yaxşı nəmləndirir. İsti su isə axalaziya( yeməyin mədəyə keçməsinin çətinlikləşdiyi xəstəlik) problemini azalda bilər. 

Hansı temperaturda oıan suya üstünlük verilməlidir?

Nəticədə, deyə bilərik ki, isti suyun orqanizm üçün heç bir xüsusi faydası yoxdur(yuxarıda qeyd olunan xüsusi xəstəliklər nəzərə alınmazsa), İsti suyu beynimiz xəstəliklərdən sağalma metodu kimi qəbul edir, ona görə də, isti su psixoloji olaraq bizi rahat hiss etdirir. Məsələn; xəstələnəndə bir stəkan limonlu çay içərək özümüzü daha sağlam hiss edirik. 

Soyuq su təravətləndirici təsirə malikdir. Beynimizin aktiv işləməsini təmin edir. Orqanizmin ehtiyacı olan mineralları ehtiva edir. Ona görə də iki seçim arasında qalsanız, soyuq sudan istifadə etmək məsləhətlidir. 


Mənbə: clevelanclinic.org

Tərcümə etdi: Bənövşə Bağırova


Paylaş
Şərh əlavə et