Bu gün:

Manipulyasiya edilmiş bir görüntünü necə müəyyənləşdirmək olar?


  

Şəkillərin bir neçə kliklə rəqəmsal olaraq dəyişdirilə, hətta süni intellekt (AI) tərəfindən tamamilə sıfırdan yaradıla bildiyi bir dünyada gözlərimizin gördüklərinə etibar etmək getdikcə çətinləşir.

Görüntüləri manipulyasiya etmək üçün istifadə olunan üsullar o qədər mürəkkəbdir ki, biz hiper realist saxtakarlıq dövrünə qədəm qoymuşuq. Bu cür görüntülər dezinformasiyanın yayılmasına səbəb ola, hətta seçkilər kimi mühüm hadisələrdə ictimai rəyə təsir edə bilər. 

 

Bəs dəyişdirilmiş və ya süni intellekt tərəfindən yaradılan bir görüntünü tapmaq üçün nələr edə bilərik?

 

Yansımalar və kölgələr

Anormal işıqlandırma çox vaxt fotoşəkilin dəyişdirildiyinə dair bir işarədir. Məsələn, insanların gözlərindəki işıq nöqtələrini yoxlayın; İşıq mənbəyi tez-tez gözlərinizə əks olunacaq. Ölçü və rəng məkanla uyğun gəlmirsə yaxud da gözlər arasında fərqli görünürsə, bu şübhələnmək üçün səbəb ola bilər. Şəkildəki əks etdirici səthlərdə subyektlərin və obyektlərin görünmə tərzi də ipucu verə bilər.

Şəkildəki obyektlərin kölgələri, əgər onlar bir neçə təsvirdən bir-birinə yapışdırılıbsa, düz-üstə düşməyə bilər, lakin bəzi şəkillərin birdən çox işıq mənbəyi ilə çəkilə biləcəyini unutmayın. İşığın subyektin üzündə necə oynadığına baxmağa dəyər.


Metadata 

Rəqəmsal şəkillərin kodunda saxta məlumatları aşkar etməyə kömək edə biləcək məlumatlar gizlənir. Rəqəmsal kamera hər dəfə şəkil çəkdirdikdə, metadata şəkil faylına yazılır. 


Şəkil səs-küyü

Hər bir rəqəmsal kamera sensoru şəkillərdə bir növ "barmaq izi" qoyan unikal səhvlərə səbəb olan kiçik istehsal qüsurlarına malikdir. Bu, daha sonra xüsusi kamera ilə əlaqələndirilir və fotoşəkilin manipulyasiya edilmiş sahələrini müəyyən etməyə kömək edə bilər. Süni intellektlə yaradılan təsvirin dənələri də özünəməxsus görünə bilər.

 

Doğrulama vasitələri

Google kimi internet şirkətləri insanlara süni intellektlə yaradılan şəkilləri aşkar etməyə kömək edə biləcək şəkillərin yoxlanılması vasitələrini işə salıb. Facebook və Instagram Meta-nın öz sistemlərindən gələn süni intellektlə yaradılmış şəkilləri etiketləməyə başlayıb və digər şirkətlərin süni intellekt alətləri ilə yaradılan şəkillər üçün də eyni şeyi etməyi planlaşdırır.


Mənbə: https://www.bbc.com/future/article/20240311-how-to-spot-a-manipulated-image

Tərcümə etdi: Fatimə Nəsirli

Paylaş
Şərh əlavə et