Bu gün:

Avokadonun faydaları


Dəfnə fəsiləsinə aid olan avokado son dövrlərin ən məşhur meyvələrindəndir. Lif mənbəyi hesab edilən avokado karbohidratlardan daha yaxşı yağ ehtiva edir. Bu səbəblə diabet, ürək xəstəlikləri və xolesterinə qarşı faydaları var. Avokado neytral dadına görə salatlarda, souslarda, sendviçlərdə və yeməklərdə istifadə edilə bilər.

Avokado C, E, K və B6, B2, B3, B5 vitaminləri, həmçinin folat, maqnezium və kalium mənbəyidir. Tərkibində lutein, beta karotin və omeqa-3 yağ turşuları da var. Avokadonun tərkibində insana kömək edə biləcək yüksək səviyyədə sağlam, faydalı yağlar var.

 

Avokadonun təxminən yarısının (100 q) tərkibi:

160 kalori

14,7 q yağ

8,5 q karbohidratlar

6,7 q lif

1 q şəkər


Avokadonun faydaları nələrdir?

Avokadonun faydalarına ürək-damar xəstəliklərindən qorunmaq, iştahı tənzimləmək, xolesterolu salmaq və oksidləşdirici zərərə qarşı immuniteti dəstəkləmək daxildir. Bundan əlavə, avokado həzm sağlamlığını dəstəkləyən bir çox vitamin və mineral ehtiva edir. Buna görə də, müntəzəm olaraq avokadodan istifadə ümumi qida keyfiyyətini yaxşılaşdırmağa kömək edir.


Vitaminlər, minerallar və yağ turşuları ilə zəngin olan avokadonun faydaları aşağıdakılardır:


1.Xolesterin səviyyəsini tarazlaşdıraraq ürək sağlamlığını qoruyur;

2.Yaşlanma əleyhinə təsirə malikdir;

3.Gözdə makula degenerasiyası riskini azaldaraq görmə problemlərinin qarşısını alır;

4.Avokado tərkibindəki K vitamini ilə sümük sağlamlığını dəstəkləyir;

5.Hamiləlik dövründə körpənin sağlam inkişafına kömək edir;

6.Depressiyanın təsirlərini azaldırazaldır;

7.Həzmi yaxşılaşdıraraq qəbizliyin qarşısını alır;

8.Liflə zəngin olduğu üçün toksinlərin atılmasını asanlaşdırır;

9.Ürək xəstəlikləri riskini azaldır;

10.Tərkibindəki saponin sayəsində osteoartrit əlamətlərini azaldır;

11.Avokado antimikrobial təsirə malikdir, infeksiyadan qoruyur;

12.Oksidləşdirici zərəri azaltmağa kömək edir;

13.İştahı tənzimləməkdə təsirlidir. 



Mənbə: memorial.com.tr

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş