Bu gün:

James Abbott McNeill – Whistlerin anası


"İncəsənətin inciləri" rubrikası "Whistlerin anası" əsərini təqdim edir..

James Abbott McNeill "Whistlerin anası" əsərini çəkərkən model olaraq istifadə etdiyi Whistlerin Anası tamamilə təsadüf nəticəsində yaranmışdır. Model olaraq razılaşdığı şəxs gəlmədikdən sonra anasını çəkməyə qərar verən rəssam bu rəsmlə böyük şöhrət qazanıb. O qədər ki, bir çox tənqidçilər bunun Viktoriya dövrünün Mona Lizası olduğunu iddia edirlər.

Şəkildə gözə çarpan proporsiya problemi və modelin çox hündür görünməsi müxtəlif fikirlərə səbəb olub. Lakin ən çox ehtimal olunan səbəb rəssamın anasının uzun müddət ayaq üstə durmaqdan yorulması və rəsmin yarısı üçün oturmalı olmasıdır. Hətta bu kiçik qüsur şəklin uğuruna mane ola bilmədi və bütün dünyada bir çox ana mövzulu layihələrdə istifadə edildi.

Mənbə: kiyidan.com

Hazırladı: Gülay Qəribova

Paylaş
Şərh əlavə et