Bu gün:

Soğanı kartofda eyni yerdə saxlamaq olmaz


Soğan allium bitki ailəsinə aiddir. Eyni zamanda şüyüd, sarımsaq və pırasa da bu növə daxildirlər. Bu tərəvəzlər xarakterik kəskin ətirlərə və bəzi müalicəvi xüsusiyyətlərə malikdir.

Soğan ölçüsü, forması, rəngi və dadı ilə fərqlənir. Ən çox yayılmış növləri qırmızı, sarı və ağ soğandır. Bu tərəvəzlərin dadı çox vaxt yetişdirildiyi mövsümdən asılı olaraq dəyişə bilər. Hər kəsə məlumdur ki, soğan doğramaq gözlərin yaşarmasına səbəb olur. Bununla belə, soğan sağlamlıq üçün çox faydalıdır. Soğan müxtəlif xərçəng növlərinin riskini azaltmaq, əhval-ruhiyyəni yaxşılaşdırmaq, dəri və saç sağlamlığını qorumaq kimi insanların sağlamlığında böyük rol oynayır.

Soğanın tərkibində hansı vitaminlər və var?

Soğan A, C və B vitaminlərinin mühüm mənbəyidir. O, həmçinin kükürd, yod, kalsium, dəmir, polad, maqnezium, fosfor, kalium və antioksidantlarla zəngindir. A vitamini həm infeksiyalara qarşı immuniteti, həm də göz sağlamlığını dəstəkləyir. B vitaminləri suda həll olunan vitaminlərdir. B vitamini immunitet və sinir sistemlərinin düzgün işləməsinə kömək edir. Vitamin C xüsusilə qışda xəstəliklərdən qorunmağa kömək edir.           

Soğanı necə istehlak etmək olar?

Yeməklərdə bişmiş soğan, ağ və quru soğana üstünlük verilirsə, salatların hazırlanmasında təzə yaşıl, qırmızı və bənövşəyi soğan, soğan suyu müalicədə isə qəhvəyi soğan istifadə edilir. Xüsusilə qışda hava dəyişdikcə immun sistemi zəifləyir. Virus və bakteriyalara qarşı təbii antibiotik kimi fəaliyyət göstərən soğan zəifləmiş immunitet sisteminin güclənməsinə dəstək olur. Soğan tərkibindəki kükürd (kükürdlü maddələr) sayəsində antibakterial təsir göstərir. Böyüklər və uşaqlar soğanı çox asanlıqla yeyə bilərlər.

Soğan necə saxlanılmalıdır?

Soğanı saxlayarkən cəmiyyətin ən çox buraxdığı səhvlərdən biri də soğanı kartofla eyni mühitdə saxlamaqdər. Çünki kartofun buraxdığı nəmlik soğanın cücərməsinə və çürüməsinə səbəb olur. Soğanı sərin və quru yerdə saxlamaq onun uzun müddət təzə qalmasını təmin edir. Bitməmiş soğanı şüşə saxlama qabına qoyaraq soyuducuda saxlamaq olar. Yaş soğanı soyuducuya qoymaq başqa bir səhvdir. İlk növbədə təravətini itirmiş yarpaqlar varsa, onları təmizləyib sonra kağız dəsmallara büküb soyuducuda saxlamaq lazımdır. Beləliklə, soğan daha uzun müddət təzə saxlanıla bilər.

Soğan istifadəsi mədə və bağırsaq xəstəliklərinə səbəb olurmu?

Soğan mədə və bağırsaq həssaslığı olan insanlarda narahatlıq yarada bilər. Soğan mədə və bağırsaqlarında heç bir şikayəti olmayan insanlarda yanma hissi kimi bir narahatlıq yaratmır. Bir insanın reflü, qastrit və ya bağırsaq dözümsüzlüyü kimi xəstəlikləri varsa, soğan istehlak etdikdə həssaslığı arta bilər. Soğan çox liflidir və kükürdlə zəngindir, buna görə də qaz kimi mədə-bağırsaq şikayətlərini artıra bilər. Şikayətlərin yaranmasında soğan qabığı da rol oynaya bilər. Mədə və bağırsaq həssaslığı olanların çiy soğan yerinə bişmiş soğan yemələri tövsiyə olunur.


Mənbə: memorial

Tərcümə etdi: Uğur Hacıyev

Paylaş
Şərh əlavə et