Lagophthalmos nədir?
Gözün tam bağlana bilməməsi laqoftalmus adlanır. Normal gündüz baxışı zamanı açıq gözlə yatmaq və ya göz qırpmaq normal baş vermir. Göz qapağının düzgün bağlanması və normal göz qırpma refleksi; Sabit gözyaşardıcı filmi və sağlam kornea səthini qorumaq üçün lazımdır.
Lagophthalmos (açıq göz qapaqları) xəstəliyindən təsirlənən xəstələr göz qapaqlarını tamamilə bağlaya bilmirlər, quru və qıcıqlanmış göz əlamətlərini yaşayırlar. Bu vəziyyət keratopatiyaya (buynuz qişanın zədələnməsi), buynuz qişanın xorasına (buynuz qişada yara əmələ gəlməsi) və ya yoluxucu keratitə (buynuz qişanın iltihabı) qədər irəliləyə bilər. Laqoftalmiti erkən tanımaq və müalicə etmək vacibdir.
Lagophthalmusun səbəbi nədir?
Diqqətli anamnez laqoftalmosun səbəblərini müəyyən etməyə çalışmalıdır. Baş, üz və ya göz qapaqlarında ən yaxın travma və ya cərrahiyyə tarixi sorğulanmalıdır. Tiroid xəstəliyi və əvvəlki infeksiyalar nəzərə alınmalıdır.
Üz sinirinin zədələnməsi laqoftalmusa (göz qapağının açıq qalması) səbəb ola bilər.
Üst və alt göz qapaqları müxtəlif struktur təbəqələri ehtiva edir. Bu toxumalardan hər hansı birinin zədələnməsi və ya degenerasiyası göz qapağının bağlanmasının qarşısını ala bilər.
Laqoftalmusun müalicəsi
Laqoftalmitin şiddətindən asılı olaraq mərhələli yanaşma tövsiyə olunur. Ən əsası isə tez-tez müayinə olunmaqla buynuz qişa yaxından izlənilməlidir. Əvvəlcə, tibbi müalicə və dəstəkləyici qayğı tövsiyə olunur. Gözyaşardıcı filmin nəm qalmasını təmin etmək üçün süni göz yaşı verilməlidir (ən azı gündə dörd dəfə). Buynuz qişanın ciddi zədələnməsi hallarında buynuz qişaya tətbiq oluna bilən məlhəmlərdən istifadə etmək olar. Kornea yoluxmuşsa, müvafiq antibiotiklərlə müalicə edilməlidir.
Bəzən buynuz qişanı müvəqqəti qorumaq üçün gözün bağlanması və ya cərrahiyyə əməliyyatı tövsiyə edilir. Göz qapağı əməliyyatı ilə yuxarı göz qapağı endirilir və göz qapağı bağlanır. Bunun üçün bəzən qızıl çəki yerləşdirmə istifadə edilsə də, başqa üsullar da mövcuddur. Bu nöqtədə qərar cərrahın təcrübəsindən asılıdır. Bundan əlavə, bu əməliyyatlar göz qapağı əməliyyatı üzrə ixtisaslaşmış həkim tərəfindən aparılmalıdır.
Mənbə: Doç. Dr. Halil Hüseyin Çağatay
Tərcümə etdi: Aminə Paşazadə
