Bu gün:

Boyun ağrısının səbəbləri


Boyun ağrısının səbəbləri

Boyun ağrıları insanların qarşılaşdığı ən qədim və ən yayğın problemlərdən biri olub, hər yaş qrupunda qarşılaşıla bildiyimiz, həyat keyfiyyətini azaldıb, iş qabiliyyətinin məhdudlaşmasına səbəb olan sosial iqtisadi önəmli bir problemdir.

Boyun ağıları müasir günümüzdə də xroniki ağrı sıralamasında, bel ağrılarından sonra ikinci sırada yer almaqdadır. Ümumi populasiyada hər 3 insandan biri həyatlarının hər hansı bir dönəmində müxtəlif səbəblərə bağlı olaraq yaranan boyun ağrılarından şikayət edirlər.

Boyun ağrısının səbəbləri:

Boyun ağrıları bel ağrıları qədər sıx görülməməklə birlikdə, hər yaş qrupunda rast gəlinə bilən, həyat keyfiyyətini azaldıb, iş qabiliyyətinin itməsinə səbəb ola bilən önəmli bir problemdir.

Boyun ağrısı səbəbləri 3 əsas qrupa bölünür:

Sümük-əzələ sistemi mənşəli səbəblər, 

Boyun xarici bölgələrin xəstəliklərinin səbəb olduğu ağrının boyun bölgəsində hiss edilməsi (yansıyan ağrı), 

Boyun bölgəsini tutan infeksion ( bruselyoz, tuberkulyoz) və şiş xəstəlikləri.

Bəzi məşqlər, hərəkətlər vardır ki, bu hərəkətlər sizə boyun ağrılarının qarşısının alınmasında yardımçı ola bilər.

1. Buxağınızı boynunuza doğru əyin. Başınızı əvvəlcə 5 dəfə sağa, sonra 5 dəfə sola döndərin.

2. Buxağınızı azacıq qaldırın. Yenə başınızı əvvəl 5 dəfə sağa, sonra 5 dəfə sola döndərin.

3. Başınızı sağa əyin, qulağınızla çiyninizə toxunmağa çalışın, 5 dəfə bu hərəkəti edin, sonra eyni hərəkəti 5 dəfə sol tərəfə təkrar edin.

4. Başınızı düz tutun. Boyunun gərginləşmiş əzələlərini dəf etməyə çalışaraq buxağınızı körpücük sümüyünə sıxın. Bu zaman başın üst hissəsi yuxarıya doğru yönəlməlidir.

5. Ovcunuzla alnınıza təzyiq edin və boyun əzələlərini gərginləşdirin. Bu hərəkəti hər dəfə 7 saniyə olmaqla 3 dəfə təkrar edin.

6. Boyun əzələlərini gərginləşdirdiyiniz zaman sol gicgahınızı sol ovcunuza (hər biri 7 saniyə olmaqla 3 dəfə), sağ gicgahınızı sağ ovcunuza (hər biri 7 saniyə olmaqla 3 dəfə) sıxın.

7. Buxağınızı düz tutun, əllərinizi ənsənizə qoyun. Ənsənizlə əllərinizə hərəsi 7 saniyə olmaqla 3 dəfə təzyiq edin.

8. Barmaqlarınız bir-birinə keçirilmiş halda əllərinizi buxağınıza doğru aparın. Buxağınızla əllərinizə hər biri 7 saniyə olmaqla 3 dəfə təzyiq edin.

Mənbə: evrimağacı.com 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et