Bu gün:

Fransisko Qoya-Uşaqlarını yeyən Satürn


24media.az "İncəsənətin inciləri"  rubrikasına "Uşaqlarını yeyən Satürn" əsəri ilə davam edir..


1819-1823-cü illər arasında rəssam Fransisko Qoya tərəfindən çəkilmiş tabloda mifoloji metaforalar var. Rəsmə baxanda dəhşətə gəlməmək mümkün deyil. Buradakı mif belədir: Bir gün Saturn bir kəhanətdən xəbər tutur. Kəhanətə görə, Saturnun oğullarından biri bir gün Saturnun taxtını ələ keçirəcək. Bu səbəbdən də güc hərisliyi olan Saturn kişi övladlarını dünyaya gələn kimi diri-diri yeyir. Saturnun sonuncu oğlu Yupiter Saturnu öldürüb taxtını ələ alana qədər...

Mənbə: https://blog.microfon.co/unlu-ressamlarin-tablo-ve-hikayeleri/?amp=1

Hazırladı: Gülay Qəribova

Paylaş
Şərh əlavə et