Bu gün:

Buqələmunlar dillərini reaktiv təyyarədən beş dəfə sürətli hərəkət etdirir


Buqələmunlar sürünənlər fəsiləsindən kərtənkələlər qrupuna aid bir növdür. Bu canlılar, tanıdığımız bütün kərtənkələlərdən fərqli olaraq, bədən quruluşları və rəngini anında dəyişə bilən həyat tərzi fərqlənirlər. Fərqli şəraitlərdə sürətlə rəng dəyişdirərək çox yaxşı kamuflyaj edə bilən buqələmunların ən maraqlı xüsusiyyətlərini sizin üçün sadalayırıq.

Buqələmunlara ən çox Madaqaskar adasında rast gəlinir; Afrikada, Hindistanda, Şri Lankada, Aralıq dənizi sahillərində və İspaniyanın cənubunda yaşayırlar. 80-dən çox növə malik olan bu şirin sürünənlərin "chamaeleo chamaeleon" növlərinə nadir də olsa, ölkəmizin Egey və Cənub sahillərində rast gəlmək olar.

Təxminən 1-1,5 dəfə uzun olan bu rəngli canlıların dilə bənzər quruluşu çox hərəkətli və yapışqandır. Buqələmunların dillərini reaktiv təyyarədən beş qat daha sürətli hərəkət etdirə bilən bu qabiliyyəti onları böyük ovçu edir.

Buqələmunların bədəni çox yavaş hərəkət edir. Ayaqları və quyruğu ilə budaqları tutan bu rəngli canlılar saatlarla hərəkətsiz qala və ovlarını gözləyə bilirlər.

Bu canlılar bir-birindən asılı olmayaraq gözlərini hərəkət etdirmək qabiliyyətinə malikdirlər və bir gözü yuxarı, digəri isə aşağı baxa bilir. Bu yolla həm ovlarını tutmaqda, həm də digər yırtıcılardan qaçmaqda böyük üstünlük əldə edirlər.

Buqələmunların dəri quruluşunun səth qatında piqment var. Dəri təbəqəsinin altında yerləşən guanin kristal hüceyrələri əks olunan işığın dalğa uzunluğunu dəyişmək qabiliyyəti sayəsində buqələmunlar tez rəng dəyişdirə bilirlər.

Buqələmun rəng və naxışlarını dəyişdirərkən yaşıl, çəhrayı, mavi, qırmızı, narıncı, qara, qəhvəyi, açıq mavi, sarı, firuzəyi və bənövşəyi rənglərdən istifadə edirlər. Onlar təhdid və ya aqressiv hiss etdikdə daha parlaq rənglər geyinirlər, itaətkar olduqda isə tünd rənglərə üstünlük verirlər.

Mənbə: kültür ve yaşam

Tərcümə etdi: Aytac Bəxtiyarlı

Paylaş
Şərh əlavə et