Bu gün:

Qara tutun zərərləri


Qara tut ləzzətli dadı ilə qəlyanaltı kimi xidmət etməklə yanaşı, bir çox sağlamlıq problemlərinə də potensial həll yolu təklif edən bir meyvədir.  

Qara tutun faydaları

Qara tut zəngin qida tərkibi ilə tanınan və sağlamlıq üçün antioksidantlarla dolu bir meyvədir. Qara tut bədəndə sərbəst radikallar ilə mübarizə aparan, hüceyrələri qoruyan və qocalmanı gecikdirən antioksidantlarla zəngindir. Tərkibindəki vitamin və minerallar sayəsində qara tut immunitet sistemini dəstəkləyə və xəstəliklərə qarşı müqaviməti artıra bilər. Tərkibindəki lif qara tutun xolesterol səviyyələrini tarazlaşdırmaqda müsbət rol oynamasını təmin edir. Kalium sayəsində qara tut qan təzyiqini tənzimləyərək ürək sağlamlığına müsbət təsir göstərə bilər. Qara tut ekstraktı siropu xüsusilə qış aylarında soyuqdəyməyə qarşı təbii dəstək verə bilər. Qara tut ekstraktı iltihabı aradan qaldıra bilən təbii maddələr ehtiva edə edir. Boğaz ağrısı ilə mübarizədə təsirli ola biləcək sakitləşdirici xüsusiyyətlərə malikdir. Bəzi araşdırmalara görə, qara tutun qan şəkərini tarazlaşdırır, lif sayəsində qara tut həzm sistemini tənzimləyə və bağırsaq sağlamlığını dəstəkləyir. Antioksidantlar qara tutun dəri sağlamlığını yaxşılaşdırması və cavanlaşdırmasını təmin edir. 


Qara tutun zərərləri
Qara tut istifadəsindən sonra bəzi insanlarda allergik reaksiyalara səbəb ola bilər, buna görə də xüsusilə allergiyası olanlar diqqətli olmalıdırlar. Həddindən artıq miqdarda istifadə edildikdə, qara tut bəzi insanlarda həzm problemlərinə səbəb ola bilər.

Mənbə: haber türk

Tərcümə etdi: Uğur Hacıyev

Paylaş
Şərh əlavə et