Bu gün:

“Məntiqin ayrıca fənn kimi tədrisinə ehtiyac varmı?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının budəfəki müsahibi təhsil üzrə ekspert Qoşqar Məhərrəmovdur. O, məntiqin ayrıca fənn kimi tədrisi haqqında danışıb.

-Orta ümumitəhsil müəssisələrində sinifdən idarə olunan dərslərin nəticələrinə görə, olimpiadalarda məntiqi tipli suallara salınır. Maraqlıdır, məntiqin ayrıca fənn kimi tədrisinə ehtiyac varmı? 



Ümumiyyətlə, mən beynəlxalq ənənədə məntiq dərsi görməmişəm. İB, Kembric, İngiltərə kurikulumu sayılan AQA, ümumiyyətlə, İngiltərənin və Amerikanın müxtəlif ölkələrdə tətbiq etdiyi kurikulumlarda məntiq dərsi görməmişəm. Məntiq dərsi başqa dərslərin əsasında qurulmuş bir proqramdır. Məntiqi insanlar dərs kimi keçmirlər. Məntiq insanın mövcud vəziyyətdə nə qədər düşünə bildiyini ölçən suallardır, dərs kimi keçilən bir şey deyil. Azərbaycanda hər halda keçirilməməyinin səbəbi budur. Azərbaycanda “məntiq dərsini riyaziyyat müəllimləri keçəcək” və “çoxlu sual həll etdikdə uşaqlar daha sürətli məntiq sualları həll edə bilərlət” deyə düşünülür. Lakin məntiq imtahanlarındaki məqsəd o deyil. Buradaki məqsəd mövcud vəziyyətdə uşaqların nə qədər analitik düşünə bildiyini öyrənməkdir. İQ testinə hazırlaşmaq olmaz, məntiq testinə hazırlaşmaq məntiqsizdir. Ona görə məntiqsizdir ki, bu testlər sizin mövcud vəziyyətdə məntiqinizi ölçür. Bu testə hazırlaşdıqda nəticəni manipulyasiya etmiş, dəyişdirmiş olarsan. Mən məntiqi bir fənn kimi görmürəm, buna görə də ehtiyac olmadığını düşünürəm.

Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et