Bu gün:

Təyyarə ilk dəfə harada icad edilib?


Rayt qardaşlarının ilk motorlu uçuşu ABŞ-nin Şimali Karolina ştatında baş tutub. Soyuq və küləkli bir gündə baş verən və təxminən 12 saniyə davam edən bu uçuş bəşər tarixinin ən böyük addımlarından biri hesab olunur.

Təyyarə necə icad edildi?

Təyyarənin ixtirasına aparan prosesdə qeyd edilməli olan mühüm ixtiralardan biri də hava şarlarıdır. Bəşəriyyəti ilk dəfə səmaya qaldıran şarlar 1783-cü ildə icad edilmişdir. Fransız Montqolfier qardaşları hava şarı hazırladılar, onu isti hava ilə doldurdular və yerdən qalxmağı bacardılar. İsti hava şarları adlanan bu vasitələr bu gün də istifadə olunur. Kapadokyadakı şarlar da bu sistemlə işləyir.

Heç bir mühərriksiz hərəkət edən və yalnız küləyin gücündən istifadə edən təyyarə olan planer 1853-cü ildə Corc Kayli tərəfindən icad edilib, lakin heç vaxt uçmayıb. Bu səbəbdən planerin ixtiraçısı alman Otto Liliental sayılır.

Rayt qardaşları uzun müddət Otto Lilientalın təcrübələrini və planerlə bağlı araşdırmalarını öyrəndilər. Lilientalın araşdırmalarından havada qalmaq istəyən bir təyyarənin sabit qanadlı olması lazım olduğunu öyrənən Rayt qardaşları təxminən 200 fərqli qanad modeli hazırladılar. Bu qanadları külək tunelində sınaqdan keçirdikdən sonra 1903-cü il dekabrın 17-də havaya qalxan ilk mühərrikli təyyarəni icad etdilər.

Bir benzin mühərriki və iki pervaneden ibarət olan bu ilk təyyarənin çəkisi təxminən 350 kq idi. İlk cəhddə təyyarə cəmi 12 saniyə, sonuncu cəhddə isə 59 saniyə havada qalıb və 320 metr məsafəni qət etməyi bacarıb.

1904-cü ildə Rayt Qardaşları ixtira etdikləri təyyarəyə havada istənilən istiqamətə dönmə və uçuş nöqtəsində enmə xüsusiyyətini əlavə etdilər və bu təyyarəyə Flayer 1 adını verdilər. Eyni ildə hazırladıqları Flayer 2 modeli və 1905-ci ildə Flayer 3 modeli ilə Dayton yaxınlığında bir sıra uçuşlar həyata keçirdilər.

ABŞ-də ilk rəsmi uçuş 4 iyun 1908-ci ildə baş tutdu. Kanadalı Glen Curtis tərəfindən həyata keçirilən bu uçuş heç bir kənar yardım olmadan havaya qalxan təyyarə ilə həyata keçirilib.

1909-cu ildə fransız Lui Bleriot dizayn etdiyi təyyarə ilə Fransadan İngiltərəyə 41 km uçuş həyata keçirə bildi.

1930-cu ildə reaktiv mühərrikin istehsalı ilə sərnişin təyyarələri istehsal etmək mümkün oldu və o vaxtdan bəri mülki aviasiyada əhəmiyyətli inkişaflar oldu.

Mənbə: Habertürk

Tərcümə etdi: Uğur Hacıyev

Paylaş
Şərh əlavə et