Bu gün:

Telefon necə icad edilib?


Boston Universitetində çalışan Qraham Bel səsləri mexaniki şəkildə təkrarlayan bir cihaz üzərində işləyib və bu məqsədlə böyük səy göstərib. Bunu təmin edəcək bir mexanizm üzərində işləyərkən nitqin yaratdığı titrəmələri eşitdi və bu, Beldə böyük ümidlər yaratdı.

Qraham Bel bu yolda təcrübələrini ona kömək edən gənc elektrik Tomas Vatson ilə evində həyata keçirdi. Müayinə zamanı üzərinə nəsə töküb və digər otaqda olan Vatsondan kömək istəyib. Vatson cihazın səsini eşitdiyini dedikdən sonra ikili mövqelərini dəyişərək yenidən cəhd edib və eyni nəticəni əldə ediblər. Tamamilə təsadüfən baş verən bu görüşdə deyilən ilk cümlə Qrem Belə məxsus idi: “Cənab Vatson, bura gəl, səni görmək istəyirəm".

Bu ixtiranın patenti 1876-cı il martın 7-də alınıb və ilk dəfə Bostondakı yarmarkada təqdim edilib. Böyük marağa səbəb olan qurğuya böyük tələbat olub və bir iş adamının ofisinə telefon aparatı qoşulub. Bu marağın üzərinə Qraham Bel öz şirkətini qurub telefon istehsalına başladı.

Bəs telefon ilk dəfə harada istifadə olunub? 

İlk telefon danışığı Aleksandr Qraham Bel və Tomas Vatson arasında 9 oktyabr 1876-cı ildə baş verib. Bostonda baş tutan bu görüş iki nöqtə arasında uzanan 2 mil (3 km) uzunluğunda məftil vasitəsilə baş tutub. İlk şəhərlərarası telefon danışığı bu iki şəxs arasında baş verib. Bu, 25 yanvar 1915-ci ildə San Fransisko və Nyu York arasında qurulmuş 3550 mil (5500 km) uzunluğunda naqil üzərində baş tutub.

Şayiələrə görə, telefon danışıqlarında tez-tez istifadə olunan ALO sözünün işlədilməsi də bu dövrə təsadüf edir. Telefonun ixtirasından sonra Qraham Bel sevgilisi Alessondra Lolita Osvaldonun evinə də cihaz qoşub. Bu gün işlətdiyimiz Alo sözünün bu adın abbreviaturasından gəldiyi düşünülür.

Türkiyədə telefondan ilk istifadə 1908-ci ildə baş verib. 1911-ci ildə Kadıköy və Beyoğlu elektrik stansiyaları açılıb. 1926-cı ildə Ankarada Atatürk tərəfindən ilk avtomatik telefon kommutatoru yaradılıb. 

Mənbə: Habertürk

Tərcümə etdi: Uğur Hacıyev

Paylaş
Şərh əlavə et