Bu gün:

Dünyanın 5 ən böyük hava limanı


Dünyada elə hava limanları var ki, onlar əhatə etdikləri əraziyə görə heyrətamizdir. Hər bir hava limanının öz xüsusiyyətləri var. Bəziləri izdihamı, bəziləri dizaynları ilə diqqət çəkir. Amma elə hava limanları var ki, az qala bir şəhər ölçüsündədir.

1. King Fahd Beynəlxalq Hava Limanı (DMM)

Kral Fəhd Beynəlxalq Hava Limanı 776 kvadrat kilometr sahəsi ilə dünyanın ən böyük hava limanıdır. Hətta digər hava limanları ilə müqayisədə bu hava limanı kifayət qədər geniş ərazini əhatə edir.
Körfəz müharibəsi zamanı ABŞ üçün hava bazası kimi istifadə edilən və daha sonra mülki istifadə üçün açılan Kral Fəhd Hava Limanı adını o zaman Səudiyyə Ərəbistanın kralından almışdır.

2. Denver Beynəlxalq Hava Limanı (DEN)

Denver Beynəlxalq Hava Limanı təxminən 137 kilometr ərazisi ilə Amerika qitəsində ən böyük və dünyanın ikinci ən böyük hava limanıdır.
Denver Beynəlxalq Hava Limanının dizaynı onun ölçüsünü əks etdirən detallarla doludur. Aeroportu xüsusi edən digər mühüm detal isə təyyarə zolağının dünyanın yeddinci ən böyük uçuş zolağı olmasıdır. Təbii ki, bu qədər böyük hava limanı olanda bu, təəccüblü deyil. Denver Beynəlxalq Hava Limanı hər il 50 milyondan çox sərnişinə ev sahibliyi edir və təkcə dünyanın ən böyük hava limanlarından biri deyil, həm də ən işlək hava limanları arasındadır.

3. İstanbul Hava Limanı (IST)

İstanbul Hava Limanı 2019-cu ildə tam gücü ilə fəaliyyətə başladığı gündən dünyanın ən böyük hava limanları arasında 3-cü yerdədir. 76 kvadrat kilometrlik böyük bir ərazini əhatə edən hava limanında spalardan tutmuş alış-veriş mağazalarına qədər bir çox şey var. Hava limanı ərazisinə və sərnişinlərin sayına görə dünyanın ən böyüklərindən biridir.

4. Dallas Fort Worth Beynəlxalq Hava Limanı (DFW)

Demək olar ki, 70 kvadrat kilometr sahəsi ilə ABŞ-ın ikinci, dünyanın dördüncü ən böyük hava limanı olan Dallas Fort Worth Beynəlxalq Hava Limanı 1975-ci ildən istifadə olunur. Hava limanı ABŞ-ın Dallas və Fort-Uort şəhərləri arasında böyük bir ərazidə inşa edilmişdir. İldən-ilə dəyişsə də, ümumiyyətlə, dünyanın həm ən sıx təyyarə axını, həm də ən çox sərnişin axını olan 5 hava limanından biridir.

5. Orlando Beynəlxalq Hava Limanı (DFW)

Orlando Beynəlxalq Hava Limanı 53,4 kvadrat kilometr ərazisi ilə dünyanın ən böyük hava limanlarından biridir və eyni zamanda 80 illik tarixə malikdir.
Orlando Beynəlxalq Hava Limanı 1942-1960-cı illər arasında hərbi hava bazası kimi fəaliyyət göstərmiş və sonradan 1960-1971-ci illərdə həm mülki, həm də hərbi məqsədlər üçün istifadə edilmişdir. Daha sonra, 1975-ci ildə o, tamamilə mülki istifadə üçün açıldı və o vaxtdan bəri beynəlxalq hava limanı kimi xidmət edir. Florida ştatının ən işlək hava limanlarından biri olmaqla yanaşı, hava limanı həm də ABŞ və dünyanın ən işlək hava limanlarından biri hesab olunur.

Mənbə: Webtekno
Tərcümə etdi: Aysel Qasımova

Paylaş
Şərh əlavə et