Bu gün:

Nostalgiyanın tarixi


17-ci əsrdə İsveçrənin muzdlu əsgərlərində bəzi fərqlər yaranmağa başladı.  Bu vəziyyət olduqca maraqlı idi. Çünki bu insanlar yuxusuzluq, aritmiya, yorğunluq və həzmsizlik kimi əlamətləri olan xəstəliklərdən əziyyət çəkirdilər və zaman keçdikcə vəziyyətləri pisləşirdi.  Əslində bu xəstəliyin əlamətləri depressiya əlamətləri kimi idi.  Amma əsgərlər bu xəstəlikdən çox tez və ağır şəkildə təsirlənirdilər.  O qədər ki, onlar öz işlərini görə bilməyəcəklər.  Bu mövzu kiminsə diqqətini çəkməyi bacardı: Yohannes Hofer adlı tibb tələbəsi xəstələrin təcrübələrindən çox təsirləndi və baş verənləri araşdırmaq qərarına gəldi.

Araşdırmaları nəticəsində bu əsgərlərin yaşadıqlarının fiziki olmadığını anladı. Əslində, onlar bir növ psixoloji pozğunluq içində idilər. Vətən üçün darıxan bu əsgərlərdə bəzi əlamətlər özünü göstərib həsrətin nəticəsində xəstələniblər. Başlanğıcda bu xəstəlik üçün “İsveçrə xəstəliyi” termini işlədilirdi.  Əsgərləri vətən üçün darıxdıran hər şey bir-bir qadağan olunmağa başladı.  Çünki onlara vətənlərini xatırladan hər şey əsgərlərin çox üzülməsinə səbəb olurdu.

Yohannes Hoferin istehsal etdiyi “nostalgiya” anlayışı ozamankı vəziyyəti izah etmək baxımından çox dəyərli idi.  Yəni, “nostalji” məfhumu o dövrdə vətən həsrəti ilə dolu olan və bu həsrətdən çox əziyyət çəkən insanların vəziyyətini müəyyən edirdi. Hoferin tərifi ilə nostalji vəziyyət Avropaya yayılaraq günümüzə qədər gəlib çatmışdır.

 Vətən həsrəti çəkən insanlar xəstəliyin mənfi təsirlərindən xilas olmaq üçün yataqxanalara göndərilib.  Lakin bu müalicə artıq kifayət deyildi. Çünki xəstəliyin müalicəsi çətinləşirdi. 18-ci əsrin sonlarına doğru nostaljinin tədqiqi vəzifəsi həkimlərdən şairlərə və filosoflara keçməyə başladı. 

Nostalgiya haqqında çox danışılıb.  Bəzi psixoloqlar nostalgiyanın fetal dövrə qayıtmaq istəyən insanların sıxıntısını ortaya qoyduğunu düşünürdülər.  Yaxud bu vəziyyət uşaqlıqdan ayrılmanın çətinlikləri nəticəsində yarana bilərdi.  O zamanlar "xəstəlik" sayılan və müalicəsi lazım olan nostalgiya indi insanların keçmişdən qidalanmasını təmin edən xoşbəxtlik mənbəyi olaraq görülür.

Mənbə: Evrim ağacı
Tərcümə etdi: Leila Adigözəlova

Paylaş
Şərh əlavə et