Bu gün:

Toyuqlar eramızdan əvvəl 400-cü ildə Cənubi Orta Asiyada yetişdirilib


Yeni araşdırmalar göstərir ki, toyuqlar eramızdan əvvəl 400-cü ildən Cənubi Orta Asiyada geniş şəkildə yetişdirilib.Toyuqlar bu gün dünyada iqtisadi cəhətdən ən vacib heyvanlardan biridir. Lakin onların mənşəyi və qədim dünyada yayılması hekayəsi hələ də tam məlum deyil.

Əslində, yeni arxeoloji üsullar, əvvəllər ilk toyuqları təmsil etdiyi düşünülən bir çox sümük tapıntılarının əslində vəhşi quşlara aid olduğunu başa düşməyə səbəb oldu. İndi arxeoloqlar, tarixçilər və biomolekulyar elm adamlarından ibarət beynəlxalq komanda yumurta istehsalı üçün toyuqların yetişdirilməsinin ən erkən aydın dəlillərini təqdim edir və mövsümi yumurta yumurtlama qabiliyyətinin itirilməsinin ev toyuqlarının Avrasiya və Şimal-Şərqi Afrikada yayılmasının əsas səbəbi olduğunu göstərir. Təxminən 1500 il əvvələ aid 12 arxeoloji sahədən toplanmış yumurta qabığı parçalarından istifadə edərək tədqiqatçılar göstərirlər ki, toyuqlar eramızdan əvvəl 400-cü ildən eramızın 1000-ci illərinə qədər Orta Asiyada geniş şəkildə yetişdirilib və çox güman ki, qədim İpək Yolu boyunca yayılıb. Yumurta qabığının çoxluğu da quşların mövsümdən kənar yumurta qoyduğunu göstərir. Tədqiqatçılar ev toyuqlarını qədim insanlar üçün bu qədər cəlbedici edənin bu məhsuldar yumurta qoyma xüsusiyyəti olduğunu irəli sürürlər.


Mənbə: Arkeofili

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et