Bu gün:

Kaliqula dəli idi, yoxsa tarix onu səhv qiymətləndirib?


Neron olmasaydı Kaliqula asanlıqla Roma İmperiyasının ən pis imperatoru hesab edilə bilərdi, lakin onun şöhrəti başqa bir baxışa layiq ola bilər. Qətl? Bəli. Siyasi hakimiyyətin qəddarcasına həyata keçirilməsi? Bəli. Bədnam imperatorlar siyahısında Roma İmperiyasının üçüncü imperatoru kimi padşahlığı onu dünyanın ən nifrət etdiyi və yadda qalan monarxlarından ibarət kiçik bir klubun üzvü edən Kaliqulaya çox az adam pərəstiş göstərə bilər. 

Britaniya Kolumbiyası Universitetinin fəxri professoru, “Kaliqula: Hakimiyyətdən sui-istifadə” kitabının və bədnam hökmdarın digər tədqiqatlarının müəllifi Entoni A. Baret düşünür ki, Kaliqula dəhşətli imperator olsa da pis sözünü şişirdilmiş, gülünc davranış anlamında istifadə etsək, o qədər də pis biri kimi qiymətləndirilə bilməz. Gənc Roma imperatorunun pis reputasiyasını necə qazandığını və onun qısa, qəddar padşahlığının nə üçün yenidən düşünməyə dəyər ola biləcəyini belə izah edirik:

Kaliqula kim idi?

Qay Julius Sezar Germanicus, Romanın ən hörmətli liderlərindən biri olan general Germanicusun oğlu idi. Ancaq uşaqlıqda ləqəb aldığı Kaliqula (“kiçik çəkmə”) adı ilə məşhurlaşmışdır. Əvəzində, atasının vaxtsız ölümündən sonra Kaliqula uşaqlığının çox hissəsini sürgündə keçirdi, onu və ailəsini kənarlaşdıran paranoyak imperator Tiberiusun sərt himayəsi altında təkrar Romaya qayıtdı. Tiberius eramızın 37-ci ilində vəfat edəndə 24 yaşlı Kaliqula Romanın növbəti imperatoru olur. Uşaqlığında yaşadığı ağır travmalar onun daha sonrakı hakimiyyət həyatına təsir göstərib. 

Mənbə: Arkeofili

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et