Bu gün:

“Dəridəki allerginləri uzaqlaşdıra bilərsiniz”


24media.az-ın  “1 sual, 1 cavab” rubrikasının budəfəki müsahibi allerqoloq Aytəkin Həsənzadədir. O, yaz aylarında yaranan allergiyalardan danışıb. 

-Yaz allergiyasından qorunmaq üçün hansı üsullar məsləhət görüləndir?

Əslində, tozlanma bütün mövsümlərdə var. Bitkilərin növlərindən asılı olaraq onların tozlanma vaxtı da dəyişir. Ancaq biz bunu, əsasən, yaz və payız aylarında hiss edirik. Ona görə də, bu aylarda xəstələrdə burun axması-tutulması, asqırmalar, boğulma, təngənəfəslik və dəri səpgiləri müşahidə edirik. Bütün bunlardan uzaq olmaqdan ötrü yaxşı olar ki, xəstələr günün az saatlarında açıq havada olsunlar. Əsasən, insanların 06:00-07:00-da küçəyə çıxmamaları məsləhət görüləndir. Çünki bu saat aralığında tozlanmanın və havada toz miqdarı yüksək olur. Lakin küçəyə çıxmağa məcburdularsa, eynək və maskalardan istifadə etsinlər. Mənzil başına çatan kimi üst geyimlərini dəyişsinlər, hətta duş alsalar çox yaxşı olar. Bununla da dərilərinə, selikli qişalarına hopan allerginləri uzaqlaşdıra bilərlər. 

Gülnisə Əfkari

Paylaş