Bu gün:

Qışqırmaq səs tellərini zədələyirmi?


Səs telləri ilə bağlı şikayətlər bir çox səbəblərdən yarana bilər. 


Səsin pis və uyğun olmayan şəraitdə, xüsusilə uzun müddətli və yüksək tonlarda istifadə edilməsindən tutmuş baş bölgəsində və boyunda sinirlərə yaxın meydana gələn şişlərə qədər bir çox faktor səs tellərində müvəqqəti və ya qalıcı ifliclərə səbəb ola bilər.


Səs telləri qırtlaqda yerləşən, tərkibində yumşaq toxuma və əzələ lifləri olan, sağ və sol tərəfdən çox nazik dəri ilə örtülmüş formasiyalardır. Qırtlaq və səs tellərinin funksiyalarını idarə edən çox uzun sinir strukturları var. Bu sinir strukturları beyin sapından yaranır, boyundan aşağı enərək qabırğa qəfəsinin içərisinə doğru enir, iri damarların ətrafından keçir və sonra yenidən boyuna qalxaraq qırtlağa çatır. Bu uzun səyahət zamanı sinirlər bir çox travmalara qarşı həssas olur.

Beyin sapını və ya baş nahiyəsini təsir edən müxtəlif xəstəliklər, boyundakı sinirlərə bitişik şişlər, qabırğa içərisində bir çox xəstəlik və sinirin özü ilə bağlı müxtəlif xəstəliklər zamanı səs tellərinin müvəqqəti və ya daimi iflici baş verə bilər. Səsi pis və uyğun olmayan şəraitdə, xüsusilə uzun müddət və yüksək tonlarda istifadə etmək də zərərə səbəb ola bilər. Səs tellərində görünən problemlərin səbəblərindən biri də qalxanabənzər vəzlərə bitişik olduğundan tiroid əməliyyatı nəticəsində yaranan travmalardır.


Mənbə: Hürriyet


Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et