Bu gün:

Eduard Manet kim idi?


Fransız rəssamı Edouard Manet tez-tez XIX əsrin ən əhəmiyyətli iki sənət cərəyanı olan realizm və impressionizm arasındakı uçurumu bağlayan şəxs hesab olunur. Bir dəfə o, “köhnə rəsm üsullarını alt-üst etmək və ya yenisini yaratmaq niyyətində olmadığını” yazsa da, onun əsərlərindəki rəng kompozisiyasında nəzərə çarpan radikal yeniliklər bunu təsdiq etmir.

O, Parisin ən prestijli salonlarına cavabdeh olan “ Académie des Beaux-Arts”ın mühafizəkar həssaslığını rədd edərək, dini və ya alleqorik mövzuları burjuaziya həyatının təsvirinin lehinə istifadə etdi. Bu da akademiya da daxil olmaqla, əhali arasında sarsıntıya səbəb oldu. O, bütün bunlara baxmayaraq, qadınlara, döyüş səhnələri, buğa döyüşlərinin tablolarını çəkdi. Sonradan impressionistlər kimi tanınacaq olan avanqard rəssamların da ehtiramını qazandı.

Mənbə: Artnews

Tərcümə etdi: Fatimə Nəsirli

Paylaş
Şərh əlavə et