Bu gün:

Alkoqol qəbul edən şəxs donor ola bilər?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı hematoloq Minurə Abışovadır. O, alkoqol qəbul edən şəxslərin donor olması barəsində danışıb.

Alkoqol qəbul edən şəxs donor ola bilər? 

Donor olmazdan bir gün, hətta məsləhətdir ki, 2-3 gün əvvəl spirtli içki qəbulu dayandırılsın. Bunun əsas səbəbi odur ki, spirtli içki bədəndə dehidratasiyaya səbəb olur. Bu, maye itkisi deməkdir. Uzun müddət bədəndə qaldığı üçün təsirləri də bir neçə gün davam edir.

Dehidratasiyanı-maye itkisini nəyə görə istəmirik? 

Çünki qan vermə zamanı bədəndən müəyyən qədər maye-qan itirilir. Əlavə olaraq, başqa şəkillərdə də maye itirmiş olanda donorun öz həyatı, öz sağlamlığı təhlükə altına düşür. Qan vermədən sonrakı 2-3 gün ərzində də spirtli içkidən istifadə olunmamalıdır. Bu bədənin itirdiyi qanı bərpa etməsi üçündür. 

Gülay Qəribova

Paylaş
Şərh əlavə et