Bu gün:

Mehrangarh qalası


Mehrangarh qalası

Jodhpurun üstündəki məşhur Mehrangarh qalası Thar səhrasının sonunda, 125 metr hündürlükdədir və şəhərin çox hissəsinə baxır. Codhpur hər fəsildə günəşli, isti və xoş havaya malik olduğu üçün”günəş şəhəri” ləqəbini almışdır. Codhpurun düz üstündən şəhərə baxan Mehrangarh qalası 1459-cu ildə Rao Jodha tərəfindən tikilmişdir. Adının mənası da yerləşdiyi şəhər kimi "Günəş qalası"dır. Rao Jodha atasının ölümündən sonra Rathore'nin 15-ci hökmdarı oldu. Özünə heç kimin tuta bilməyəcəyi bir qala tikmək istəyən Rao, sonda Codhpuru ölkənin paytaxtı etmək və Bhakurcheeria'da bir qala tikmək qərarına gəldi.

Güclü şayiəyə görə, bu təpədə Cheeria Nathji adlı bir rahib yaşayırdı. Raonun bütün təkidlərinə baxmayaraq, o, inadla təpəni tərk etməkdən imtina etdi. Nəhayət kobud güclə çıxarılan Cheeria Nathji susuzluqdan qalanı lənətləyir. Bu lənət əhəmiyyətsiz görünsə də, sonradan lənətin gerçək olduğunu başa düşən padşah ondan bu lənəti qaldırmasını xahiş edir, lakin Nathji lənətin geri alına bilməyəcəyini və lənətin ancaq insanı qurban verməklə qırılacağını deyir. Kral çarəsiz şəkildə bu vəziyyətdən çıxış yolu axtararkən, Raca Ram Meghwal adlı döyüşçü, ölümündən sonra ailəsinin qayğısına qalmaq şərti ilə qurban olmağa razılaşır. Sonda qurban kəsilən Raca Ramın abidəsi kimi qalanın içərisində onun adına bağ salınıb.

125 metr hündürlükdə qaya üzərində tikilmiş Mehrangarh qalasının divarlarının hündürlüyü 36 metr, eni isə 21 metrdir. İşğal etmək çox çətin olan qalanın yeddi qapısı var.

Mehrangarh qalasının üzərində tikildiyi qayalar və qalanın bünövrəsi o qədər ahəngdar və təbii şəkildə birləşib ki, qala sanki qayaların təbii uzantısı kimi görünür.

Tamamilə qırmızı qum daşından tikilmiş qalada böyük estetik qayğı ilə tikildiyi açıq-aşkar görünən bastionlar, jharoka adlanan bay pəncərələr və şəbəkəli bölmələr sülalənin bütün möhtəşəmliyini əks etdirir. Mehrangarh qalasının divarlarında tapılan toplar onların nadir nümunələridir. Bəzi divar və divarlarda qalanın keçdiyi döyüşlərdən güllə və top izləri görünür.

Mənbə: archi101.com

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et