Bu gün:

Simsiz qulaqlıqların hansı zərərləri var?


Mütəxəssislər son günlər geniş yayılan simsiz "Bluetooth" qulaqlıqlarının insanların diqqət səviyyəsini və ətraf mühitə qarşı həssaslığını azaltmaqla yanaşı, fiziki zərər də verə biləcəyini bildiriblər. 

Medicana Samsun Xəstəxanasının KBB Mütəxəssisi Dr. Opr. Dr. Selami Yavuz simsiz qulaqların xüsusilə gənclərə sosial ünsiyyət və sosial inkişaf baxımından mənfi təsir göstərə biləcəyini, qulaqlıqlardan uzun müddət istifadə edildikdə eşitmə problemlərinin yarana biləcəyini bildirib.

Dr. Selami Yavuz: "Bluetooth qulaqlıqlar son zamanlar, xüsusilə, gənclər tərəfindən çox istifadə edilən bir cihaz halına gəldi. Əvvəllər məlum olduğu kimi, simli qulaqlıqlardan daha çox istifadə edilirdi. Naqilli qulaqlıqlar hərəkət diapazonunu məhdudlaşdırdığı üçün böyüklər, xüsusilə də, gənclər daha çox istifadə etməyə başlayıblar. Bluetooth əslində radiotezlik şüasıdır. İonlaşmayan şüalanmadır.
Bluetoothun yaratdığı maqnit sahəsi qulağa zərər verə bilərmi? Bu bizim əsas problemimizdir. 'Sar' indeksi deyə bir şey var. Sar indeksi bədən tərəfindən udulmuş maqnit sahəsidir. Bu maqnit sahəsinin miqdarı orta hesabla kiloqram başına 1,4 sardır. Bluetooth qulaqlıqları bunun 1/4 hissəsidir. Xərçəng baxımından bu cür qulaqcıqların
qısa müddətli istifadəsində problem olmayacağını söyləmək olar. Ancaq ən pis tərəfi odur ki, bunun kumulyativ təsiri var. Ona görə də bu qulaqlıqlardan uzun müddət istifadə etdikdə riskin artdığını deyə bilərik. Maqnit sahələrinə məruz qalan siçanlar və ya dovşanlar üzərində aparılan tədqiqatlar göstərib ki, ürək və beyin şişlərinin tezliyi əhəmiyyətli dərəcədə artıb. Qulaqlığın 2 əsas çatışmazlığı olduğunu söyləyə bilərik. Birincisi, çox uzun müddət istifadə edildikdə, maqnit sahəsinin təsirindən insan həyatında hüceyrə DNT-sinin pozulması və xərçəng əmələ gəlməsinə meyllilik kimi problemlər yarada bilər. İkincisi, yüksək səslə və uzun müddətli musiqiyə qulaq asmaq, xüsusən də, qulaqcıqlarla daimi eşitmə itkisinə səbəb ola bilər.
 
Mənbə: Cnnturk

Tərcümə etdi: Nuray Mürsəlova 













Paylaş
Şərh əlavə et