Bu gün:

John William Waterhouse-Kleopatra


"İncəsənətin inciləri" rubrikası "Kleopatra" əsəri ilə davam edir.

"Gözlərimin içinə dalıb həyatına baxaraq orada ölmək istəyirdi sanki".

Antoni və Kleopatra – Uilyam Şekspir

Yunan mifologiyası və Kral Artur əfsanəsi ilə əlaqəli rəsmləri ilə tanınan Waterhouse'un Roma tarixinə aid rəsmləri də var. Kleopatra bu rəsmlərdən biridir.

Kleopatra haqqında əsərlərdə ikilik üstünlük təşkil edir, bəziləri onu gözəl, bəziləri isə çirkin göstərən əsərlər yaratmışlar.

Waterhouse bu ikisini birləşdirərək təsirli portretində Kleopatranın gözlərinə diqqət çəkib. Şəkilə baxdıqda diqqət birbaşa gözlərə yönəlir və şəklin digər hissələrinə fokuslanmaq çətinləşir. Waterhousun güclü qadını təsvir edən tablosunda Kleopatranın aqressiv baxışlarından onun təsirini, enerjisini, ehtirasını və zəkasını hiss edə bilərsiniz. Bəlkə də Kleopatranın cazibəsi doğrudan da onun gözlərində idi..

Mənbə: http://davidsartoftheday.blogspot.com/2014/10/john-william-waterhouse-cleopatra.html?m=1#:~:text=Waterhouse%20has%20managed%20to%20completely,displaying%20her%20body%20seductively%20nonetheless.

Hazırladı: Gülay Qəribova

Paylaş
Şərh əlavə et