Bu gün:

Pablo Pikasso-Ağlayan qadın


"İncəsənətin inciləri" rubrikası Pablo Pikassonun "Ağlayan Qadın" əsəri ilə davam edir..

Ağlayan Qadın 1937-ci ildə Pikassonun çəkdiyi kətan üzərində yağlı boya tablosudur. Rəsmdə biz fotoqraf olan Pikassonun sevgilisi Dora Maarı görürük.

Pikasso, atası öləndə Maarın ağladığını aydın xatırlayırdı. Buna əsaslanaraq o, Maarın daim ağlayan qadın olduğunu düşünüb, onu bu vəziyyətdə təsvir etməyə üstünlük verib. Üstəlik, Ağlayan Qadının da tarixi keçmişlə əlaqəsi var idi. Bu rəsm İspaniya vətəndaş müharibəsinə qarşı qəzəbin vizual ifadələrindən biri idi. İspaniyada vətəndaş müharibəsi 1936- cı ildə baş verdi. Bu, Pikassonun "Ağlayan qadın" əsərini bitirməsindən bir il əvvəl baş verib. Ona görə də “Ağlayan qadın” Gernika tablosundakı faciənin davamı hesab olunur. Pikasso əsərində müharibənin, ölümün, depressiyanın və kədərin nəticələrini açıqlayıb. Cudi Friman tablonu insan səfalətinin simvolu kimi təsvir edib. 

Pikassonun “Ağlayan qadın” əsəri müharibə zamanı sevgisini və evini itirməkdən əziyyət çəkən günahsız insanları əks etdirirdi.

Mənbə: https://artucky.com/blogs/blog/picassonun-aglayan-kadin-tablosu-hikayesi

Hazırladı: Gülay Qəribova

Paylaş
Şərh əlavə et