Bu gün:

John Collier-Lady Godiva


"İncəsənətin inciləri" rubrikası "Lady Godiva" əsərini təqdim edir..

Deyilənə görə, Tomas adlı bir adam Lady Qodivanın çılpaq at sürməsinə baxdığı üçün güllələnib, kor olub və ya öldürülüb.

11-ci əsrdə İngiltərənin Koventri əhalisi qoyulan ağır vergilərə görə üsyan edirdi. Vergiləri artıran Lord Leofrikin həyat yoldaşı Lady Qodiva xalqı düşünür. O, Lord Leofriki vergiləri azaltmağa inandırmağa çalışır. Arvadının təkidindən narahat olan Lord Leofrik (onu fikrindən daşındırmaq üçün) ona heç vaxt qəbul edə bilməyəcəyini düşündüyü bir təklif edir. O, deyir ki, Lady Qodiva at belində Koventri küçələrində yalnız saçları ilə örtülsə, vergi yükünü azaldacaq. 

Lady Qodivanın buna cəsarət etməyəcəyinə inanan Lord arvadının təzyiqini bu yolla qıracağını düşünürdü. Lakin Lady Qodiva bu keçidi öz atında edir. Bu vəziyyətdən xəbər tutan insanlar dükanlarını bağlayıb evlərinə çəkilirlər. Xanımın şərəfini qorumaq üçün insanlar çölə çıxmır, heç bir pəncərənin pərdəsi belə açılmır. Xanımın cəsarətli davranışı qarşısında gözlərini yumaraq ona dərin hörmətlərini göstərirlər. Təbii ki, Tomas adlı şəxsdən başqa...

Mənbə: https://dergipark.org.tr/tr/download/article-file/2621855

Hazırladı: Gülay Qəribova

Paylaş
Şərh əlavə et