Bu gün:

Qrip nədir?


Qrip A və B qrip viruslarının yaratdığı, burun, boğaz və bəzən də ağciyərləri təsir edən, qəfil başlayan yüksək hərarət, öskürək, yorğunluq və əzələ ağrısı kimi simptomlarla müşayiət olunan yoluxucu viral infeksiyadır. Körpələri, immuniteti zəif olanları, xroniki xəstəliyi olanları və yaşlılara daha çox mənfi təsir edir. 

Mövsümi xəstəlik olaraq bilinən qrip, ümumiyyətlə, cəmiyyətin bir çox təbəqələrinin xəstələnərək epidemiyaya çevrildiyi qış aylarında daha çox müşahidə edilir. Ümumiyyətlə, öz-özünə və evdə tətbiq edilən təbii üsullarla sağalmağa meyilli olan qrip simptomların şiddətləndiyi təqdirdə həkimə müraciət edilə bilər. Xəstənin vəziyyətindən asılı olaraq tətbiq oluna bilən müalicə üsulları ilə yanaşı, qripdən qorunmağın təsirli yollarından biri də mütəmadi olaraq vurulması lazım olan qrip peyvəndidir.

Qrip ,əsasən, burun, boğaz, bronxlar və daha az tez-tez ağciyərləri təsir edən qrip virusu səbəbindən tənəffüs yoluxucu infeksiyadır. Öskürmə, asqırma, yaxın təmas, öpüşmə və əl sıxma yolu ilə çox tez keçə bilən qrip virusu gün ərzində əllərin tez-tez yuyulmaması nəticəsində yayılır. Qapalı mühitlərdə qripin ötürülməsi çox asandır. Xəstə öskürən və asqıran zaman havaya milyonlarla virus yayılır. 

Sağlam insanlar virusu tənəffüs yolu ilə alırlar. Qrip virusuna qarşı immuniteti olmayan insanlar 1-4 gün ərzində qripə yoluxurlar. Qripin ən çox görülən simptomları qızdırma, öskürək, boğaz ağrısı, burun axması və ya tıkanması, əzələ və bədən ağrıları, baş ağrısı və yorğunluq nəticəsində yaranan titrəmə və üşütmədir.

Qrip olan insanlarda ümumi simptomlara aşağıdakılar daxildir:

 Yüksək hərarət (38°C və yuxarı);

 Qızdırma səbəbiylə titrəmə və titrəmə;

 Öskürək;

 Boğaz ağrısı;

 Bədən, əzələ və oynaq ağrıları;

 Yorğunluq və tükənmə;

 Axan və ya tıkanmış burun;

 Asqırmaq;

 Sinə narahatlığı və təzyiq;

 Baş ağrısı;

 Nəfəs darlığı;

 İştahanın azalmas;

 Xüsusilə uşaqlarda ürəkbulanma və qusma.


Mənbə: memorial
Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et